Previous Next

Həyatın neqativ tərəflərindən necə uzaqlaşmaq və pozitiv olmaq olar?

 

Pozitiv, şən və gülərüz insanlar hamıya xoş gəlir. Onlarla hamı dost olmaq, ünsiyyət qurmaq istəyir. Pozitiv və xoşbəxt olmağın yolları nədir?

İnsanları, əsasən, daha az gülərkən və daha çox fikirli olarkən müşahidə edirik. Ola bilsin ki, onlar həyatlarından narazıdırlar və ya problemləri çoxdur. Diqqət etsəniz əslində görərsiniz ki, ətrafınızdakı qaşqabaqlı insanların sayı necə çoxdur.

Pozitiv olmaq - çətinliklərə gülərək mübarizə aparmaq deməkdir. Siz heç fikir vermisiniz ki, pozitiv insanlar hər kəsin xoşuna gəlir? Onlarla hamı yığıncaqlarda bir araya gəlmək, deyib gülmək istəyir. Lakin digər insanlar da var və onlar çoxluq təşkil edirlər. Həmin insanlar narazı üzlərlə gəzir,  gülmür və daim kədərlidirlər. Əgər siz özünüzü burada tapdınızsa bu, heç də yaxşı əlamət deyil.

Neqativdə Pozitiv:

Neqativ fikirləşməyi hər kəs bacarır, lakin neqativdə pozitivi nadir insanlar tapa bilir. Hər hansı bir uğursuzluqda müsbət tərəfləri görməyi bacarın. Təcrübələr göstərir ki, bir çox xoş olmayan hallar yaxşılığa doğru olur. Güclü və pozitiv  insanlar həmişə müsbət tərəfləri tapa bilirlər, lakin zəif insanlar isə bu vəziyyətlərin yükü altında əzilirlər.

Pis əhval-ruhiyyədən qurtulmaq:

Kədər, fikir və problemlərdən necə qurtulmaq olar? Mütəxəssislər idmanla məşğul olmağı məsləhət bilirlər. Zamanınızı idman zalında yaxud ev şəraitində idman edərək dəyərləndirin. Bir an bütün neqativ əhvalın itdiyini hiss edəcəksiniz.

Tənqidi düzgün qəbul edin:

Tənqid əhvalınızı korlamamalıdır. Əgər tənqid məhsuldardırsa bu zaman o, inkişaf üçün məsləhət kimi qəbul olunmalıdır. Bu, həyatda daha uğurlu olmağa və inkişaf etməyə səbəbdir. Lakin neqativ tənqid də olur. Əgər əminsinizsə bu sadəcə paxıllıqdır o zaman niyə kefinizi pozursunuz? Tənqidi düzgün qəbul edin.

Ara verin:

Gecənin xeyrindənsə səhərin şəri yaxşıdır. Əgər problemlər üzərinizə gəlirsə fasilə verin. Özünüzü dəmir və sınmaz mexanizm hesab etməyin mənası yoxdur. Bərpa olunmaq üçün fasilə lazımdır.

Mənfidən uzaqlaşın:

Əgər işlər pis gedirsə, onlarla getməyin. Bəzən həyatınızı korlayan şeylərdən yalnız uzaqlaşmaq lazımdır. Bu sizə sadəcə ağırlıq və kədər gətirən münasibətləri kəsməkdir. Neqativdən uzaq olun və ətrafda hər şey sizə pozitiv görünəcək.

Müsbətə köklənin:

Əgər çətin anlar yaşamağa başlamısınızsa və problemlər qara duman kimi başınızın üzərinə yığışırsa, özünüzü inandırmaq metoduna keçin. Özünüzə aid bütün müsbətləri yadınıza salın: uğurlarınız, nailiyyətləriniz və təriflər. Özünüzə inam uğurun açarıdır. Gülün və özünüzü ruhdan salmayın. Siz pozitiv insansınız!

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!