Previous Next

"Uşaqlarımız nə səbəbdən ingilis dilini öyrənməyə meyilli deyillər"

Uşaqlarımız nə səbəbdən ingilis dilini öyrənməyə meyilli deyillər adlı

Adlı məqaləmizi sizlərə təqdim edirik.

25 dəqiqə - ingilis dilində təqdim edilən bir neçə sözün və bir neçə qrammatik qaydaların uşaqların yaddaşında saxlaması və işlətməsi üçün ən uyğun vaxt sayılır. Əsas odur ki, dərs düzgün və maraqlı təşkil olunsun.
Müəllimlər və valideynlər üçün ingilis dili dərslərinin necə keçirilə biləcəyi və uşaqlarda bu kimi dillərə marağın yaradılması haqqında tövsiyələri təqdim edirik.

İlk növbədə, uşaqları salamlamalısınız və özlərini necə hiss etdiyi haqda məlumat verməklərini istəməlisiniz. Uşaq ingilis dilini bilmirsə, müəllim əvvəlcə özü haqqında danışa bilər və daha sonra məlumatları təkrarlaması üçün uşağa sual yönəldə bilər. Beləliklə, uşaq üçün dərsə başlamaq daha asan və xarici dildə danışmaq daha maraqlı olur. Ən əsası, tələbə, müəllimə etibar etməyə başlayır və rahatlaşır, çünki onlar üçün səmimi və güvənli bir mühitin yarandığını hiss edirlər.

Bütün suallar əvvəlcədən hazırlanmalıdır, şəkil və ya animasiya formasında təqdim olunmalıdır.
Bu şəkillər uşağa müəllimin ondan nə soruşduğunu anlamağa kömək edəcək. Hər söhbətdən sonra uşağı tərifləyin, hətta öz hisslərini bölüşsələr belə. Çünki uşaq yaxşı iş bir iş görərək - xarici dildə danışmağa cəhd etdi. Təriflər alaraq isə o öyrəndiyi dili sevməyə başlayır.
Çox vaxt uşaqlar dərslərdə sıxılmağa başlayar və ilk 10 dəqiqədə maraq və konsentrasiyanı itirərlər. Sonra isə oxumaqdan imtina edib, bu kimi sözləri istifadə edə bilərlər: "Ana, dərslər darıxdırıcıdır, mən getmək istəmirəm!" Bunun baş verməməsi üçün uşaqları maraqlandıran mahnı və ya tematik hekayə ilə dərsi başlaya bilərsiniz. Bu hal uşaqlarda elə bir təəssürat yaradacaq ki, olduqları mühit əyləncəlidir və siz yaxşı vaxt keçirəcəksiniz.

1️.Yeni sözlər öyrənin:

Uşağın tez bir zamanda yeni sözlərdən istifadə etməyə başlaması üçün onları eşitməli, yazılışını görməli və dərs boyu həmin sözləri təkrarlamalıdır. Bu yanaşma ilk növbədə praktikada yeni materialı yadda saxlamağa kömək edir. Yeni sözü izah etdiyinizdə, onun nə olduğunu başa düşə biləcəyiniz bir şəkil təqdim edə bilərsiniz - uşağın onu yadda saxlaması daha asan olacaq.
Bəzən uşaq hər hansı sözü dedikdə və ya qaydanı səhv istifadə etdiyi zaman, müəllim düşünürmüş kimi davranır və uşağa özünü düzəltməyə imkan verir. Tələbə doğru cavabı tapandan sonra isə, görür ki, səhv etmək o qədər qorxulu deyilmiş.

2️.Yeni qrammatikanı dərhal tətbiq edin.

Müəllim istənilən qrammatikanı çox sadə izah etməlidir ki, uşaq qaydaları tez yadda saxlasın və dərhal tətbiq etsin. Sözləri izah etdiyiniz qaydada, qrammatikanıda şəkillərlə başa salın. Hər bir insan vizual gördüyü hər hansı məlumatı daha asan yadda saxlayır. Eləcə də, ilk dərsləri sadə mövzulardan başlaya bilərsiniz. Məsələn, “Present Simple” zamanından və “ing” ilə fellərdən. Uşaq əsas prinsipləri daşa düşdükdə, daha çətin mövzulara, məsələn “Present Simple Continuous” onun üçün daha rahat olacaq.

3️.Təcrübə oyunu ilə məşğul olun.
Dərsin sonunda uşaq yorulmağa başlayır. Müəllim bu nöqtədə tapşırıqlar verirsə, həmin tapşırıqların faydası az olacaq. Yorğun və konsentrasiyanı itirən uşaq səhv etməyə, əsəbi olmağa və dərsə müqavimət göstərməyə başlayacaq. Bunun qarşısını almaq üçün ona oyun oynamağı tövsiyə edə bilərsiniz və bununla yeni bilikləri möhkəmləndirilməsinə nail olacaqsınız. Oyun növlərindən biri “Ruletka” oyunudur. “Ruletka” oyununda müəllim və tələbə növbə ilə şəkil seçərək həmin şəkilə uyğun olaraq cümlələr qurmalıdır. Uşaq oynayan zaman keçmiş materialdan daha aktiv istifadə edir və səhv etməkdən daha az qorxur.

2️.Öyrəndiklərinizi praktikada tətbiq edin.
Sözlər və qrammatika işləndikdən sonra uşaqlar keçmiş materilları nitqdədə istifadə etmələri mütləqdir. Uşaqlara bunları tövsiyə edə bilərsiniz:


1️. Hər hansı şəklin təsvirini danışmaq - şagirdlər müəllimlərlə birlikdə oyuncaqları, maşınları, şəhərləri və s. kimi şəkilləri ingilis dilində izah edə bilər;
2️. Özü və ya dostunun hekayəsini danışmaq;
3. Müəllimlə dialoq qurmaq;
4️. Hekayənin yazı şəkildə təqdim etmək.

 

Nəhayət, uşağın dərsdən şən ayrılması və yenidən dərsə qayıtmaq istəməsi üçün stressi aradan qaldıran yüngül rahatlaşdırıcı bir oyun keçirin.
Yekunda, ingilis dili dərsi necə şəkildə təşkil olunmalıdır:
1️. Müəllim uşağı salamlayır və işlərin necə getdiyini soruşur - azyaşlıya olan səmimi maraq onun öyrəndiyi dili sevməsinə səbəb olur.
2️. Tematik hekayə və ya mahnı səslənərsə - uşağın dərsə uyğunlaşması daha asanlaşır.
3️. Hekayələrdə yeni sözlər və qrammatika mütləq tətbiq olunmalıdır. Uşaq hobbilərindən danışanda daha çox məşq etmək istəyi yaranır. Məlumat sadədən mürəkkəbə doğru getməlidir.
4️. Körpə yorulmağa başlayanda oyunlardan istifadə edin ki, uşaq yenidən dərsə başlamağa cəhd edə bilsin.
5️. Uşaq son praktik məşqi etməlidir ki, ona maraqlı olsun və o, nə qədər öyrəndiyini görsün.
6️. Və sonda keçirilən oyun uşağı xoşbəxt edəcəkdir

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!