Previous Next

Qorxu hissini necə aradan qaldıraq ❓

Qorxu hissini necə aradan qaldıraq ❓
Adlı məqaləmizi sizlərə təqdim edirik❗
 
Qorxuların səbəbləri vaxtında araşdırılmalı və onu yaradan şərait aradan qaldırılmalıdır ki, uşağın psixikasında dərin iz buraxmasın. Valideynlər uşağın qorxu hissini görməməzliyə vurmamalıdır, həmçinin onun qorxusunu zarafata salıb, əhəmiyyətsiz hesab etməməlidir. Uşaq qorxursa ona sərt reaksiya vermək, danlamaq, utandırmaq, qorxmağın ayıb olduğunu demək doğru deyil.
 
 
 
?Valideynlər uşaqlara qorxularının öhtəsindən gəlmələri üçün yardım edərkən bir sıra səhvlər edirlər: ⤵️
Məsələn, uşaq itdən qorxursa, onu böyük itin yanına gətirməklə qorxusunun aradan qalxacağına inanırlar. Halbuki ilk olaraq körpənin balaca itlərlə oynamasına şərait yaratmaq lazımdır.
 
Digər nümunə, dənizdən qorxan uşağın məcburi suya salınması da uşağın qorxusunu aradan qaldırmaz. İlk olaraq övladızla birgə dənizi, orada oynayan uşaqları izləməli, dənizin kənarında oynamalı, ayaqları islatmalı və sonda dənizdə çimməsi məsləhət görülür.
 
Valideynlər?‍?‍?‍?, uşaqların hisslərinə hörmət etməli və bu hissləri onları dinləmək üçün bir fürsət olaraq düşünməliyik.
 
 
 

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!