Previous Next

Yaşına uyğun olaraq uşağa hansı oyuncaq verilə bilər

Yaşına uyğun olaraq uşağa hansı oyuncaq verilə bilər:

Uşaq böyüdükcə anasının əllərinin toxunuşu, səsləri, hissləri və oyuncaqlarının köməyi ilə ona açılan dünyanı kəşf etməyi öyrənir. Oyuncaqlar təkcə sevinc gətirmir, həm də körpənizin sağlam inkişafına kömək edir. Oyuncaqların köməyi ilə uşağın zehni fəaliyyəti, hərəkətlərin koordinasiyası, eşitmə və nitqi inkişaf edir. Bəs hansı oyuncaq uşağın yaşına uyğundur? Gəlin bunu araşdıraq: 

Yaşına uyğun olaraq uşaqlara hansı oyuncaq seçmək olar:
Övladlarınızda çoxlu oyuncaq olmamalıdır, baxmayaraq ki, bir çox valideyn bunun tam əksini düşünür. Uşaqlarınızın bir neçə oyuncağa sahib olmasına icazə verin, lakin onlar təhlükəsiz, gözəl və inkişafı üçün faydalı olmalıdır. ?Uşağınızın həmyaşıdları arasında seçilməsi üçün, digər dostlarından daha yaxşısına sahib olması üçün, daha böyük bir oyuncaq almağa çalışmayın.
Uşağınıza oyuncağa oxşayan müxtəlif əşyalarla ?oynamağı öyrətmək daha yaxşıdır. Belə bir oyun üçün hər hansı qutular, rəngli parçalar, iplər, rəngli taxtalar mükəmməldir. Oyuncaqları özünüz təklif edin, evdə olan əşyalardan bir şey yaradın, tikin, əsas odur ki, körpəniz üçün maraqlı olsun.

Müasir oyuncaqlar istehsalçılar tərəfindən ən xırda detallara qədər düşünülmüşdür. Lakin onlar uşaqda yaradıcılıq və təxəyyülü inkişaf etdirməyə kömək etmir. İntellektual oyuncaqlar, əlbəttə ki, çox əyləncəlidir, lakin onlar uşağa sadəcə olaraq təklif olunan modelə uyğun hərəkət etməyi təklif edir, heç bir şeyi dəyişdirmək, özlərinə məxsus bir şey ortaya çıxarmaq imkanı yaratmır. Oyuncaqları bir neçə kateqoriyaya bölmək olar:
-Sensorlu oyuncaqlar - körpənin inkişafı üçün nəzərdə tutulmuş zıngirov oyuncaqlar.
-Hərəkətdə olan oyuncaqlar - rollerlər, skuterlər, toplar uşağı hərəkət etməyə məcbur edir.
-Obrazlı - bunlar kukla, əsgər, oyuncaq maşınlardır. Bu oyuncaqlar oyunda ətrafdakı reallıqları yenidən yaratmağa imkan verir.
-Sosial və məişət oyuncaq alətləri, müxtəlif dəstlərdir uşağa məişət bacarıqlarını öyrədəcəkdir.
Hansı oyuncaqları, hansı yaşda almaq olar?
Körpələr çox erkən yaşdan etibarən ətrafdakı obyektlərlə maraqlanmağa başlayır, melodik səsli parlaq olan əşyalar onun diqqətini cəlb edir. Bir neçə zıngirov oyuncaqları olsa daha yaxşıdır, amma onların forma və rəngləri fərqli olmalıdır.

1 yaşdan 3 yaşa qədər uşaqlar üçün nəzərdə tutulmuş oyuncaqlar.

Uşaq bir yaşına çatdıqda, artıq piramidalar, müxtəlif kublar, kuklaları və müxtəlif dəstlər ala bilərsiniz. Bu cür oyuncaqlar uşaqda müxtəlif bacarıqların inkişafı üçün mühüm rol oynayır, onlar hərəkətlərinin koordinasiyasının, kiçik motorika bacarıqlarının və qavrayışın inkişafına kömək edir. İki yaşından etibarən siz artıq övladınıza puzzle, kublar ilə oyuncaqlar, əlifbalar ala bilərsiniz. Bu cür oyunlar uşaqlarda yaddaşın, təxəyyülün inkişafına köməklik göstərəcək.

3 yaşdan 6 yaşa qədər uşaqlar üçün nəzərdə tutulmuş oyuncaqlar.

Üç yaşından etibarən oğlan və qızlar üçün nəzərdə tutulan oyuncaqlardakı fərqlər öyrədilməlidir ki, o, hansı cinsə aid olduğunu anlaya bilsin. Qızlar üçün kuklalar alınmalıdır ki, onlara qulluq etsinlər və geyindirsinlər. Bu şəkildə, oyun zamanı qızlarda analıq keyfiyyətləri formalaşır. Oğlanlar üçün isə maşınlar, hərbi formalara aid olan oyuncaqlar verilməlidir.

6 yaşdan 10 yaşa qədər uşaqlar üçün nəzərdə tutulmuş oyuncaqlar.

6 yaşından uşaq artıq yaxşı ünsiyyət qurmağa başlayır, kifayət qədər aktivdir və artıq aktiv oyunları oynamağa üstünlük verir. Bu yaşda Siz övladlarınıza kiçik detallarla dolu olan oyuncaqlar ala bilərsiniz.? Qızlar kukla evlərini bəzəməyi və ya kuklalarını geyindirməyi sevirlər, buna görə də rol oyunları üçün müxtəlif aksessuarlar almaq məqsədəuyğun olacaq.

Uşaq böyüdükcə dəyişir, onun artıq fərqli prioritetləri və digər oyuncaqlara maraqları artır. Belə bir dövrdə müxtəlif dəstlər övladınıza maraqlı gələ bilər. Bunlar astronom və ya gənc mexanikin dəstləri ola bilər. Bu yaşda seçimlər çox ola bilər və onlar övladınızın zövqünə uyğun olaraq dəyişə bilər. Misal üçün: oğlan uşaqlarına uzaqdan idarə olunan avtomobillərə, müxtəlif robotlara, qızlar üçün isə makiyaj, saç düzümü dəstlərinə, paltarlaramaraq yarana bilər.

10 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulmuş oyuncaqlar.

Bu yaşda uşaq sürətlə dəyişməyə başlayır, müxtəlif hobbiləri yaranır, o, artıq oyuncaqlara ehtiyac duymur, inkişafa kömək edən, bilik verən müxtəlif texnoloji vasitələrlə maraqlanır. İdman atributları yaxşı bir hədiyyə ola bilər. Belə ki, hər birinə velosiped? ala bilərsiniz.

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!