Previous Next

Övladlarınızla Kibertəhlükəsizlik haqqında danışmaq heç vaxt gec deyil!


Övladlarınızla Kibertəhlükəsizlik haqqında danışmaq heç vaxt gec deyil!

İndiki dövrümüz rəqəmsal dövrüdür və demək olar ki, həyatımızın çox hissəsi onlayn  keçir. ABŞ-da, xüsusən də son iki il ərzində uşaqlar məktəb və bağçalarla ? onlayn dərslər vasitəsi ilə getdikcə daha çox əlaqə qururlar. Ekspertlər bu rəqəmin gələcəkdə daha çox artacağını qeyd edirlər.
Belə olduğu halda uşaqlarınızla kibertəhlükəsizlik haqqında nə vaxt və necə danışmağa başlamalısınız.

Bu məqalədə  uşaqlarınızla kibertəhlükəsizlik haqqında necə  danışa biləcəyinizi və aşağıda hansı mövzuları əhatə edəcəyinizi müzakirə edəcəyik.

Statistikalar narahatlıq doğurur, məsələn:

78% qızlar kiberqurbanlara çevirilib;
40% dördüncü və səkkizinci sinif şagirdləri yad biri ilə onlayn  əlaqə qurub;
6% həmin şagirdlər ev ünvanını həmin yad adamalara veriblər;

Yetkinlik yaşına çatmayanların, xüsusiylə kiçik yaşlı oğlan uşaqların valideyn nəzarəti olmadan internetdən saatlarla istifadə etmələri, onların gecə saatlarında küçədə gəzməsi qədər təhlükəlidir. Əlbətdə ki, uşaqlar internetə etibarlı bir yer kimi baxırlar: ev tapşırıqlarını onlayn edirlər, dostları və ailəsi ilə onlayn əlaqə qururlar və müxtəlif saytlarda maarifləndirici videolara baxırlar. Ancaq şübhəsiz ki, onları internetdə gözləyən təhlükə də danılmaz bir faktdır.

Valideyn olaraq həmişə uşaqlarınızı dünyadakı çətinliklərdən qorumağa çalışırsınız. Ancaq rəqəmsal dövrdə onların onlayn təhlükəsizliyi barədə də düşünməlisiniz. Uşaqlarınızla kibertəhlükəsizlik haqqında necə danışa biləcəyinizə gəlin nəzər salaq.

Etibarlı şifrələr:
Sosial şəbəkələrdə hesab yaradan zaman orda istifadə olunan şifrələrin necə olması haqqıda bəzi faydalı məlumatları sizlərə təqdim edirik:

Şifrələrin 2 əsas qaydası var:
- Şifrə etibarlı olmalıdır.
- Qoyduğun şifrəni valideynlərindən başqa kimsə bilməməlidir.

Hansı şifrə etibarlı hesab olunur?
-8-12 simvoldan ibarət
-Kiçik və böyük hərflərin, simvolların və rəqəmlərin olduğu
-Ardıcıl 3 və ya 4 təsadüfi söz
-Bir neçə hesabda istifadə edilən bir şifrə olmasın
-Ad günləri, ailə üzvlərinin, ev heyvanlarının və ya küçələrin adları kimi şəxsi məlumatları daxil etmək olmaz

Övladlarınıza özlərinə aid şifrələri yazmağı xatırladın ki, həmin şifrələri unutmasınlar, lakin onun şəklini və ya ekran görüntüsünü telefonla çəkməmək daha məsləhətdir. Şifrələrinizi mütəmadi olaraq yeniləməyi də unutmayın.


Şəxsi məlumatlarımız məxfidir:
Bütün valideynlər uşaqlarına yad insanlarla danışmağın təhlükəli olduğunu bildirirlər. Ancaq indiki dövrün uşaqları virtual mühitlə də sıx əlaqədədir. Övladlarınıza təkrar başa sala bilərsiniz ki, bir insanın "yaxşı" və ya "pis" olmasını sosial şəbəkədə etdiyi paylaşımlarla və ya onunla sadəcə olaraq onlayn söhbət etməklə ayırd etmək olmur. Onlara məxsus fotoşəkilləri, videoları, adları tam şəkildə, doğum tarixlərini və digər məlumatları niyə internetdə paylaşa bilmədiklərini uşaqlarınızla tez-tez müzakirə edin.

Əgər uşağınızın sosial şəbəkələrdə hesabları varsa, onları bağlı saxlayın və izah edin ki, bu, onların və sizin məxfiliyinizin təmin olunmasına kömək edir. Övladınız tanımadıqları insanların "dostluğunu" qəbul etməməlidir. Bəzi insanlar onu, eyni sinifdə və ya eyni məktəbdə oxuduqlarına inandırmağa çalışa bilərlər. Ona izah edin ki, yad insanlar şəxsi məlumatları almaq üçün manipulyasiya (öz təsiri altına salmaq) edərək, onlara qarşı xoş niyyətli davrana bilərlər, (onlara sevdiyi bir şirniyyat və ya hədiyyə ala bilər) lakin bu göründüyü kimi olmaya bilər. Övladınıza bildirin ki, əgər nə vaxtsa təhlükə hiss edərsə, kömək üçün sizinlə mütləq bölüşsün.

Zərərli proqram və viruslardan qorunun.
Bəzi insanlar zərərli proqram və virusları demək olar ki, internetin hər yerində yerləşdirirlər: proqram, video, oyunlar və vebsaytlarda.  Bunlar görünməyən minalara bənzəyir. Evinizdəki bütün cihazlarda kibertəhlükəsizlik(antivirus) proqramları quraşdırılmalıdır. Bununla belə, naməlum şəxslərdən və ya saytlardan faylları yükləmək, keçidləri klikləmək, mesajları və ya e-poçtları açmaq nə qədər təhlükəli ola biləcəyi barədə uşaqlarınızla danışın.

Zərərli proqram və ya virusların sizin və ya uşaqlarınızın cihazına quraşdırılması üçün ancaq 1 klik lazımdır. Bundan sonra, evinizdəki hər bir cihaz risk altında olacaq.

Pulsuz Wi-Fi-dan istifadə:
İctimai Wi-Fi xəttləri pulsuz olduğundan və demək olar ki, hər məkanda tapıldığından, yeniyetmələr üçün çoxlu imkanlar yaradır. Ən çox sevinc isə evlərində Wi-Fi olmayan uşaqlar üçün yaranır. Onlar internetdən istədiyi məlumatları tapa bilirlər.

Lakin uşaqlarınız başa düşməlidirlər ki, “açıq” Wi-Fi xəttləri heç də təhlükəsiz deyil.
İnternet təcavüzkarları hər saniyə cihazların həmin xəttlərə qoşulmaqlarını gözləyirlər. Uşağınız ictimai kitabxana və ya kafelərdə Wİ-Fİ-a bağlandıqda, internet təcavüzkarları bir kitab ya da bir fincan qəhvə götürərək uşağın elektron cihazlarına qoşularaq bütün məlumatları əldə edə bilərlər.

Ailə üzvləri tanımadığı Wi-Fi xəttinə qoşulduqda VPN proqramlarını istifadə edərək, internet təcavüzkarlarından qoruna bilər. VPN proqramları cihazların faktiki IP (kompüterin elektron ünvanı) ünvanını və fiziki yerini axtaran hər kəsdən gizlədir.

Nəticə:
İnternetdən gizlənmək mümkün deyil. Evdə internetə çıxış olmasa belə, uşaqlarınız nə vaxtsa internetə daxil olma yolunu tapacaq. İnternetdə maraqlı məlumatlar öyrənmək üçün əla bir yer olsa da belə, internetin sərhədləri mövcud deyil. İnternetin genişliyi təcavüzkarlara anonim azadlıq verir və bu uşağınızın internetdə istismara məruz qalma ehtimalını dahada artırır.

Bu səbəbdən, uşaqlarınızla kibertəhlükəsizlik haqqında maarifləndirmə söhbətləri aparmaq heç vaxt gec və ya tez deyil.

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!