Previous Next

"Oğlan uşaqları öz-özünə böyümür” adlı məqaləni Sizlərə təqdim edirik

"Oğlan uşaqları öz-özünə böyümür” adlı məqalənin ilk hissəsini Sizlərə təqdim edirik: 

Oğlanlar öz-özünə rahatlıqla böyümür. Uşağınıza yalnız gözəl məsləhətlər verib, onu təmiz köynəklərlə təmin etməklə oğlunuz əsl kişi kimi böyüməyəcək.
Əgər oğlunuz daim diqqətinizdədirsə, yəqin ki, onun gündən-günə necə böyüdüyünü, həyatının müxtəlif dövrlərində əhval-ruhiyyəsinin və enerjisinin necə dəyişdiyini görürsünüz. Çətinlik uşağın nəyə və nə vaxt ehtiyac duyduğunu anlamaqdır!

Oğlan uşaqların böyütmə problemi ilə üzləşmiş bir çox ailələr mövcuddur. Müasir dövrdə valideynlər həyat ritminə öyrəşə bilmədikləri üçün, öz övladlarına düzgün tərbiyə verməkdə çətinlik çəkirlər. Bir çox valideynin fikiri uşaqlarını yedizdirib, səliqəli geyindirməklə kifayətlənir.

Biz Sizlərə üç mərhələdən ibarət, universal inkişaf üsullarını təqdim edəcəyik. Bu üsullarla tanış olan valideynlər, ancaq "Doğrudur!" sözünü istifadə edib, bu postda olan tərbiyə təcrübəsinin düzgünlüyünü təsdiqləyiblər.

İnkişafın 3 mərhələsi haqqında qısa məlumat:

1.Birinci mərhələ doğulduqdan altı yaşa qədər olan dövrü əhatə edir - oğlanın anası ilə ən sıx əlaqədə olduğu yaş. Baxmayaraq ki, ata uşağın həyatında çox böyük rol oynayır, bu dövrdə ana oğluna daha çox qayğı, sevgi və təhlükəsizlik hissi yaşatmalıdır, onu gələcək həyata hazırlamalıdır.

2.İkinci mərhələ altı yaşdan on dörd yaşa qədər davam edir - bu dövrdə oğlan uşağı öz daxili hisslərinə əməl edərək kişi olmağı öyrənir və atanın maraqlarına, hərəkətlərinə və davranışlarına diqqət etməyə başlayır. (Baxmayaraq ki, ana çox yaxın insan olaraq oğlanın ağlında qalır, lakin onu əhatə edən dünya getdikcə daha maraqlı olur. Bu dövrün məqsədi uşağın bilik səviyyəsini və onun bacarıqlarını inkişaf etdirməkdir. Onu xeyirxah və tərbiyəli yeniyetmə kimi böyütməyi də unutmamalıyıq. Yəni ki, övladınızın harmonik bir şəxs kimi inkişaf etdirməlisiniz. Məhz bu yaşda oğlunuz oğlan olmağın sevincini və rahatlığını hiss edir.

3.Və nəhayət, on dörd yaşından yetkinliyə qədər olan dövr - oğlanın yetkinliyə tam hazır olmaq üçün, onun bir kişi nümunəsinə ehtiyacı yaranır. Bu vaxt ana və ata bir qədər arxa plana keçirlər, lakin onlar oğluna layiqli bir kişi nümunəsi tapmalıdırlar ki, gələcəkdə oğulları həmyaşıdlarının bilikləri və təcrübəsi ilə kifayətlənməsin. Bu nümunə ilk öncə ailədə ata olmalıdır. Bu mərhələnin məqsədi uşağın bacarıqlarını gücləndirmək, məsuliyyət və özünə hörmət hissini artırmaq, onları böyük həyata fəal şəkildə cəlb etməkdir.

Bu üç mərhələni bilməklə, özünüz üçün bir inkişaf proqramını müəyyən edə bilərsiniz. Məsələn, altı yaşdan on dörd yaşa qədər olan oğlan uşaqların ataları işgüzar olmamalı yəni onlarla daha çox vaxt keçirməli fiziki cəhətdən ailədən uzaqlaşmamalıdırlar. Əgər bu baş verərsə, bilin ki, bu yalnız oğullarınıza ziyan vuracaq.Amma təəssüf ki, müasir ataların etdiyi elə budur.

Oğlanların yeniyetməlik dövrünə çatması ilə əlaqədar valideynlərin cəmiyyətdən əlavə yardıma ehtiyacı olur. Əvvəl ki, vaxtlar bu cür dəstəyi qohumlar (əmilər və babalar) və ya uşaqlara bir peşə öyrədən sənətkarlar təmin edirdi.

Təəssüflər olsun ki, bəzi yeniyetmələr böyük dünyaya göz açan zaman, onlara həmin dünyada heç kəs kömək əli uzatmır? və bu halda oğlan uşaqları müxtəlif növ psixoloji sarsıntılar keçirərək təhlükəli vəziyyətə gəlib çıxırlar.  Bəziləri isə heç böyümür.

Düzünü desək, oğlan uşaqların bir çox problemləri - xüsusən də oğlanların davranışı, məktəbdə motivasiyasının olmamasından , ailədə olan diqqəti görməməkdən qaynaqlanır. Bunlar isə daha sonra qanunla bağlı yaranan problemlərə (sərxoş halda avtomobil idarə etmək, dava etmək və s.) gəlib çıxardır.

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!