Previous Next

Uşaqlara mənfi təsir edən 11 valideyn ifadəsi

"Uşaqlara mənfi təsir edən 11 valideyn ifadəsi" məqalənin ilk hissəsini Sizlərə təqdim edirik:

Heç bir valideyn övladına aqressiv və ya zəif olmağı öyrətmir. Uşaqların davranışlarına birbaşa təsir edən, onların böyüdüyü mühitdir. Biz düşünürük ki: “Oğlum niyə özünü müdafiə edə bilmir? Niyə başqa uşaqlar onu incidirlər? Biz axı onu bu cür tərbiyə etməmişik!” Təəssüf ki, bir çox valideynin ifadələri uşaqların yaddaşında elə iz qoyur ki, gələcəkdə bu ifadələr onların davranışına mənfi təsir edir.
Onları necə böyütmək lazımdır ki, gələcəkdə zorakılığın qurbanı olmasınlar? Uşağa bunun sadəcə yaxşı bir ifadə olmadığını demək kifayət deyil. Onların yaddaşında qalan və gələcəkdə dözümlülüyünə mənfi təsir edə biləcək sözlərdən istifadə etməmək də vacibdir. Aşağıda, valideynlərin doğru bildikləri lakin uşaqların inkişafına mənfi təsir edən yanlış ifadələri Sizinlə bölüşürük.

İTTİHAM ETMƏ: Bir çox valideynlər dərhal övladı üçün "debrifinq" ( psixoloji travma yaşamış şəxslə aparılan söhbət) təşkil edərək nə baş verdiyini öyrənməyə çalışır. “Müəllim səndən niyə narazıdır? Nə etdin?”, “Və sən bu oğlanla dalaşmamalıydın!”, “Onun oyuncağını niyə götürmüsən?” - bütün bu ifadələr uşağınıza pis təsir edir və onun günahkar olduğunu göstərir. Ona günahkarlıq hissi yükləyir. Bu cür davam etsəniz, uşaq başqalarındakı bu cür davranışın səbəbini də özündə görməyə başlayacaq və gələcəkdə hüquqazidd davranışa şərait yarada bilər. Əlbətdə ki, siz istəməzsiniz övladınızın özünəinamı aşağı düşsün və ona fiziki həmçinin də psixoloji zorakılıq tətbiq edən bir şəxsə haqq qazandırsın və ya bir səbəb olan kimi, kiməsə qarşı zorakılıq tətbiq etsin?

"O SƏNƏ ZƏRƏR VERMƏK İSTƏMİRDİ!" Bu ifadə birmənalı deyil, çünki bu hal uşağı zorakılığa bəraət qazandırmağa vadar edir. Bəli, hər hansısa insan uşağınızı incidib və bildirib ki bunu etmək istəməyib. Lakin bu o demək deyil ki, Siz və ya uşağınız hər şeyin öz axarı ilə getməsinə icazə verməlisiniz.

Misal üçün bu ifadə bir qız uşağına tez-tez deyilsə, o fikirləşəcək ki, küsmək və ya öz haqqını tələb etmək lazım deyil, çünki həmin insan bunu qəsdən etməyib. Beləcə də, öz aqressiv hərəkət edən, sonra isə göz yaşlarını tökən həyat yoldaşlarını bağışlayan qadınlar ortaya çıxır.

“SƏNƏ ELƏ GƏLİR / UYDURMA”Məsələn, uşağınız deyir ki, siz ona xoşagəlməz söz dediniz və ya hansısa şəkildə onu incitmisiniz. Bu halda Sizin cavabınız bu ola bilər: "Mən belə şey edə bilmərəm , axı səni çox sevirəm"Bəzən bu ifadə sadəcə olaraq: "Sənə elə gəlir!" və ya "Uydurma" ifadələrini əvəz edir . 

Beləliklə, uşağınız onun hiss etdiklərinin nəzərə alınmamasına öyrəşəcək və başqalarının nə hiss etdiyini əsas sayacaq. 90% hallarda bu cür insanlar zorakılığın qurbanı olur, diqqətdən kənarda qalırlar. Onlar öz maraqlarını müdafiə edə bilmədikləri üçün, başqalarının maraqlarına uyğunlaşmağa çalışırlar.

"Müsbətə fokuslaş!" İlk olaraq bizə elə gələ bilər ki, yaxşı məsləhət optimist bir şəxs yetişdirməyə kömək edir. Ancaq bu elə deyil! Uşağa xoşlamadığı şeylərə göz yummağı, yalnızca pozitiv məqamlara diqqət yetirməyi tövsiyə etməklə, onu gələcəkdə özünə qarşı laqeyd münasibətə tab gətirməsinə və bu hala göz yummasına sövq edirsiniz. 
Məsələn, oğlunuzu və ya qızınızı hər hansı idman növünə yazdırmısınız, lakin həmin idman onun xoşuna gəlmir və siz orada işləyən xoş məşqçilərə və ya mehriban uşaqlara diqqəti yönəltməsini xahiş edirsiniz. Və ya qohumlarınızdan biri tez-tez uşağı ələ salır və siz deyirsiniz: "O, səni sevir deyə, səninlə bu cür davranır, zarafat edir!". 
Gələcəkdə uşaq da, ona əhəmiyyət verməyən insanlara haqq qazandırmağa, onların davranışlarında müsbət cəhətlər tapmağa və həmin cəhətlərlə aralarında olan boşluqları doldurmağa çalışacaq.

"MƏN AXI SƏNİ SEVİRƏM!" Uşaq hər hansı xoşagəlməz bir hadisəyə və ya davranışa rast gələndə, valideyinlər çox zaman bu ifadədən istifadə edirlər. 
Məsələn, övladınız, qohumları tərəfindən öpülməsindən və ya qucaqlanmasından imtina edir. Bunlar nörmal haldır və uşağınız bunu istəməyə bilər! Eyni zamanda da Siz ona deyirsiz ki: "Yaxşı, nənəni öp, o axi səni sevir!". Sizi inandırırıq ki, bu uşağınız üçün ən yaxşı seçim deyil, çünki övladınıza sevmədiyi hərəkəti etməyə məcbur edirsiniz. Bunlar həm qız həm oğlan uşaqlarına aiddir. 
Misal üçün: qızınız onun razılığı olmadan hər hansı hərəkətləri edir, gələcəkdə isə o hər hansı oğlana "yox" deməkdə çətinlik çəkəcək.Yada oğlunuz hər hansı qızı qıcıqlandıraraq, nəticədə "olmaz, eləmə, yox” kimi  sözləri eşitdikdə buna reaksiya verməyib, hər şeyi doğru etdiyini düşünə bilər.

"SƏN NƏ GEYİNMİSƏN?" Uşağın xarici görünüşünü mütəmadi olaraq tənqid etmək ona pis nümunə göstərmək deməkdir.  Uşaq başa düşəcək ki, başqalarının necə göründüyünü müzakirə etmək normaldır və bunda qeyri-adi heç bir şey yoxdur. Nəticədə uşaqlar cəmiyyətdəki elementar davranış normalarını bilməyəcək və növbəti “tərif”-lərdən sonra insanların niyə onlardan üz döndərdiklərini başa düşməyəcəklər.  Belə olan halda gələcəkdə, qızınızın xarici görünüşü ilə əlaqəli bir sırakompleksləri ola və həyat yoldaşının bütün iradlarını normal hesab edə bilər.

"O AXI OĞLANDIR!" 
Oğlan uşağı hər hansı pis hərəkət və ya şıltaqlıq edibsə və siz onun yanında olarkən davranışına "o axı oğlandır, bu hərəkətlər ona xasdır” deyərək əsaslandırırsınızsa, bu reaksiyanız övladınızda faydalı olmayan inam yarada bilər və gələcəkdə o fikirləşəcək ki, kişilərə qadınlardan fərqli olaraq hər şey etməyə icazə verilir. 


"SƏN DEYƏSƏN DÖYÜLMƏK İSTƏYİRSƏN?" 
İlk baxışdan, zərərsiz " təhlükə ", uşağın şüuraltında fərqli şəkildə qəbul oluna bilər. Uşaq elə biləcək ki, güc göstərməklə o məqsədinə nail olacaq, onu eşidəcəklər və gələcəkdə hər hansı işi həll etmək üçün övladınız digər insanlara qarşı zorakılıq tədbiq edəcək.

"SƏN ONUN XOŞUNA GƏLİRSƏN!"
Balaca qızınız hər hansı oğlanın ona qarşı daim təhqir edici ifadələrdən istifadə etdiyinivə onu incitdiyini danışırsa, heç vaxt ona deməyin ki, "Sən onun xoşuna gəlirsən və o, sadəcə olaraq sənin diqqətini özünə çəkmək istəyir". 
Sizcə oğlanlar sevgisini bu cür göstərməlidirlər?
Əlbətdə ki, yox.Valideynlər oğullarına düz tərbiyə vermədikdə, onlar emosiyalarını düzgün formada ifadə edə bilmirlər və bununla da qızınızı incidib, nəlayıq ifadələr işlədə bilərlər. Gələcəkdə qızınız əks cinsin bu cür davranışlarına dözəcək, oğlanların təhqirini normal hesab edib, ona haqq qazandıracaq. Oğlanlar isə qızlara olan hisslərini qayğı, sevgi və hörmətlə yox, alçaldmaqla ifadə edəcəklər.

“SƏN İSƏ ONA DEYƏRDİN Kİ..."
Uşağınıza başqaları ilə necə danışmalı, nə deyəcəyini və onun ünsiyyəti haqqında rəy verməyiniz, övladınızın gələcəyi üçün heç də yaxşı olmaya bilər. Uşaq bu vəziyyətə alışır və sonra başqa cürə yaşaya bilməyəcək, hər dəfə sizin rəyinizə ehtiyac duyacaq. Gələcəkdə oğlunuzun və ya qızınızın həyat yoldaşları,onlara yaxınları ilə necə ünsiyyət qurmağı, kiminlə dostluq etməyi, kimdən çəkinməyi haqda bildirəcək və ailədə övladına hər hansı söz deməyə imkan verməyəcək.


"İLK ÖNCƏ NƏZAKƏTLİ OLMAQ"
Uşağa nəzakətli olmağı öyrətmək, şübhəsiz ki, vacibdir. Lakin bu məsələyə həssas yanaşmaq lazımdır. Misal üçün ictimai nəqliyyatda sizə qarşı kimsə kobud davranır? Yad adamlar sizə valideynlik məsləhətlərini verir və siz nəzakətli görünmək üçün səssizcə bununla razılaşırsınız? Bununla siz övladınıza pis nümunə göstərmiş olursunuz.
Uşağınız bu vəziyyətə öyrəşərək, özünü, hüquqlarını və şəxsi seçimlərini müdafiə edə bilməyəcək.

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!