Previous Next

Qızlar Mələklərdir!

Hamilə qadın həyat yoldaşına deyir ki: “Qızımızın olmasını istəyirsən yoxsa oğlumuzun?"

Həyat yoldaşı cavab verir - “Oğlumuz olsa, ona riyaziyyatı başa salaram, idmana bir yerdə gedərik, ona nələrsə öyrədərəm və s.”

Qadın: - "Ha.. Ha.. Bəs qızımız olsa?"

Həyat yoldaşı: "Qızımız olsa, ona heç nə öyrətməyəcəm. Çünki o mənə yenidən yaşam həvəsi bəxş edəcək, necə geyinmək, nə danışmaq və nəyi danışmamağı öyrədəcək. Məni həmişə öz qəhrəmanı hesab edəcək. Bir sözlə mənim ikinci anam olacaq.
O, həmişə həyat yoldaşını mənimlə müqayisə edəcək. Neçə yaşında olursa olsun, həmişə ona körpə kukla kimi davranmağımı istəyəcək. Mənə görə dünya ilə mübarizə aparacaq və məni incidənləri o heç vaxt bağışlamayacaq."

Qadın: "Demək istəyirsən ki, qızın bütün bunları edəcək, amma oğlun yox?"

Həyat yoldaşı: "Yox, yox! Ola bilər ki, o da həmin hərəkətləri etsin, lakin oğlumuza bunları öyrətmək lazım olacaq. Amma qız uşaqları bu düşüncələrlə dünyaya gəlir. Qız atası olmaq hər bir kişi üçün qürurdur".

Qadın: "Amma, o, əbədi olaraq bizimlə qalmayacaq."

Həyat yoldaşı: "Bəli, amma biz onun ürəyində, əbədi olaraq qalacağıq. Ona görə, onun hara getməsi həqiqətən də fərq etmir."

Qızlar Mələklərdir! Qeyri-şərtsiz Sevgi və Qayğı ilə doğulurlar. Əbədi olaraq!

Qızı olan bütün xoşbəxt atalara ithaf olunur.

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!