Previous Next

Övladınıza lazım olduğu vaxtda onun yanında olun

Uşaq deyir: "Gəl ana, kağızdan təyyarə düzəldək";
Ana deyir: "Gözlə balam, indi yox, işim çoxdur";
Uşaq: "Gəlin birlikdə şəkilləri rəngləyək";
Ana: "Bu gün çox yorulmuşam, get otağına, özün rənglə";
Uşaq: "Ata, gəlin birlikdə top oynayaq"
Ata: “Oğlum gözlə, mən futbola baxacam, indi yox, sonra”;
Uşaq: "Bu gün birlikdə yataqmı? Sənə bir sözüm var";
Ata: "Get yat, sonra danışarıq, çox yuxum gəlir” ;

Vaxt belə keçdi, arxasında böyük bir boşluq buraxaraq. Uşaq böyüdü, ana-atanın da işi azaldı. Uşaq isə məktəb, imtahan, iş bəhanəsi ilə evdən uzaqlaşmağa başladı.

Bir gün valideynlər tək qalan zaman şəkillərə baxdıqda: "bu ilk təbəssümü, ilk addımları, ilk sözü, ilk dişi, ilk ad günü" deyərək, yaşarmış gözlərlə bir-birlərinə baxdılar.

Kaş o günlərə qayıda bilsəydik... Daha çox qucaqlaşıb, daha çox oyun oynaya bilsəydik. Daha çox dinləyib, gülə bilsəydik. Amma təəssüf ki, keçmişə qayıda bilmirik.

Bəli, iş rejimimiz ağır idi, mükəmməl deyildik, uşağın rifahı üçün çalışdıq amma bir məqamı əldən verdik. Övladımıza lazım olduğumuz vaxt onun yanında ola bilmədik.

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!