Azərbaycan Uşaq Qaynar Xətti haqqında qısa məlumat

“Azərbaycan Uşaq Qaynar Xətt” xidməti

Uşaqlar adətən üzləşdikləri problemlər barəsində valideynlərinə və yaxınlarına danışmaqdan çəkinir, öz hisslərini digərlərindən gizlədir, düşdükləri çətinliklərdən çıxış yolu axtarmaqda çətinlik çəkir və  ən əsası –onlara qarşı baş vermiş haqsızlıq, qanun pozuntusu və zorakılıq barəsində digər insanlarla bölüşməkdən qorxurlar. Bu və ya digər ağır psixoloji sarsıntı vəziyyətinə düşmüş uşaqların durumu getdikcə daha da ağırlaşır, problemlər daha da dərinləşir və nəticədə xeyli sayda mənfi hadisələr baş verir.

Belə hallarda uşaqlar psixoloji dəstək, məsləhət almaq, bir sözlə, öz hisslərini bölüşmək üçün “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə müraciət edirlər.

Göstərilən vacib amilləri nəzərə alaraq:

 

2010-cu ilin 1 fevral tarixindən etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyi, Uşaq Hüquqları üzrə QHT Alyansı və onun katibliyi funksiyasını həyata keçirən “Ümidli Gələcək” Gənclər Təşkilatı, Azercell Telecom Şirkətinin dəstəyi ilə, UNİCEF, “Uşaqların Xilası”, “Dünyaya Baxış” beynəlxalq təşkilatları ilə birlikdə “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətini təsis etmişlər. 18 fevral 2010-cu ildə təntənəli rəsmi açılış olmuş və geniş ictimaiyyətə bu barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Bakı Metropoliteni, Nəqliyyat Nazirliyi, AvirTell Telecom Şirkəti “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin fəaliyyətinə dəstəkdir. 2013-cü ilin İyun ayından etibarən Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən (Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Sərəncamı, 09 Yanvar 2013) “Yetkinlik yaşına çatmayanların baxımsızlığının profilaktikası məqsədilə sosial-psixoloji xidmətlər” (“Azərbaycan Uşaq Qaynar Xətt” xidməti) layihəsi çərçivəsində Ümidli Gələcək Gənclər Təşkilatının xidmət mərkəzi olan “Azərbaycan Uşaq Qaynar Xətt” xidməti artıq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə 18 yaşına çatmamış uşaq və yeniyetmələrə, onların problemi ilə əlaqədar hər bir şəxsə sosial, psixoloji və hüquqi yardımını həyata keçirir.

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!