Previous Next

Azərbaycan Uşaq Qaynar Xətt xidməti İcra Hakimiyyətləri ilə əməkdaşlıq edir

Bildiyiniz kimi, Azərbaycan Uşaq Qaynar Xətt xidmətinin yeni  116111 qısa nömrəsi artıq istifadəyə verilib. Qısa nömrə ilə bağlı əhalinin daha geniş kütləsinin məlumatlandırılması, istənilən yaş təbəqəsindən olan insanların nömrə ilə tanışlığının təmin edilməsi və nömrələrin daha geniş miqyaslı yayımlanması məqsədilə "Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi Bakı şəhəri və regionlar üzrə yerləşən İcra Hakimiyyətləri ilə əməkdaşlıq edir.

Əməkdaşlıq çərçivəsində Bakı şəhər Xəzər Rayon İcra Hakimiyyəti artıq tabeçiliyində olan qəsəbə nümayəndəliklərinə Qaynar Xəttin plakatlarını təqdim etmiş və həmin plakatlar rayon üzrə müvafiq ərazilərdə yerləşdirilmişdir.

 

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!