Previous Next

Uşaq evində uşaqlarla görüş keçirilib

05.11.2019-cu il tarixində Ümidli Gələcək Sosial Təşəbbüslər İB Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi ilə əməkdaşlıqda  Ədliyyə İşçilərinin peşə bayramı ərəfəsində Uşaq Hüquqları Konvensiyasının 30 illiyi münasibətilə Bakı şəhərinin Xətai  rayonunda yerləşən 3 saylı uşaq evinə səfər və internat evinin balaca sakinləri ilə birgə tədbir təşkil etmişlər.

Tədbirdə uşaqlara mövzu haqqında kiçik məlumat verməklə nitq söylənmiş, həmçinin Uşaq evinin rəhbərliyi tərəfindən müəssisədə yaşayan və inkişaf edən uşaqların nailiyyətləri və müəssisədə onların təlim-tərbiyyəsi və gələcək inkişafı barədə məlumat verildi.  

Tədbirin mühüm və yadda qalan hissəsi balaca sakinlərin özlərinin müxtəlif mədəni və incəsənət sahəsi üzrə bacarıqlarının nümayiş etdirilməsi (qızlardan ibarət müsiqi kollektivinin çıxışı, şeirlərin söylənməsi, rəqs nömrələri) və dəvət edilmiş qonaqların iştirakı ilə əyləncəli zaman təşkil edilməsi ilə yanaşı, tədbirin sonunda uşaqlara hədiyyələrin verilməsi də oldu. 
Tədbirin təşkilinə dəstək verməklə, habelə dövlət və qeyri-hökümət təşkilatları ilə əməkdaşlığın qurulmasına töhvə verməklə tədbirdə iştirakımıza şərait yaratdıqları üçün Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin və 3 saylı Uşaq Evinin rəhbərlərinə dərin təşəkkürümüzü bildiririk.

 

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!