“Ümidli Gələcək” Sosial Təşəbbüslər İB, Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi ilə əməkdaşlıqda həyata keçirlən “Sosial Təhlükəli Vəziyyətdə Yaşayan, İnsan Alverinin Qurbanı Olan, İnsna Alverindən Əziyyət Çəkən və ya Zərər Çəkməsi Ehtimal Olunan Yetkinlik Yaşına Çatmayanların Təhsili, Sosial-Psixoloji Reabilitasiya Proqramının” icrasına başlanılmışdır.
Proqram çərçivəsində Təhsil Nazirliyinin dəstəyi ilə Bakı şəhəri üzrə fəaliyyət göstərən bir neçə internat tipli müəssisələrə (2, 6, 8 və 11 nömrəli) tərəfimizdən səfərlər edilmiş, orada təlim-tərbiyə olunan və təhsil alan uşaqlarla mövzuya dair maarifləndirmə aparılmış, xüsusi hazırlanmış təqdimat onların diqqətinə çatdırılmış və uşaqların sualları cavablandırılmışdır.
Təlimdə uşaqlara “İnsan alveri nədir?, Hansı hallarda insan alverinin qurbanına çevrilə bilərik?, Bu kimi hallarla qarşılaşdığımız zaman nə etməliyik? bu kimi qeyd olunan suallar təlim zamanı öz cavabını tapmışdır. Bu hallarla qarşılaşmamaq üçün uşaqlar və pedaqoji işçi heyətinə bəzi tövsiyyə xarakterli məlumatlar da verilmişdir.