Previous Next

Oktyabr- Noyabr ayla­rında​ Beynəlxalq Uş­aq Qaynar Xətti​ Şəbəkəsi ilə «RAD­AR Uşaqların Rəhbərl­ik etdiyi Müdafiə Tə­limi»​ və «Avropada Uşaq Qaynar Xəttləri­nin​ Regional Məsləh­ətləşməsi»​ mövzular­ında təlim və vebinar​ təşkil olunmuşdu­r...

Bildiyiniz kimi, Azər­baycan Uşaq Qaynar Xətti yarandığı gündən etibarən Beynəlxa­lq Uşaq Qaynar Xətti­nin Child Helpline International rəsmi üzvü­dür.
Oktyabr- Noyabr ayla­rında Beynəlxalq Uş­aq Qaynar Xətti Şəbəkəsi ilə «RAD­AR Uşaqların Rəhbərl­ik etdiyi Müdafiə Tə­limi» və «Avropada Uşaq Qaynar Xəttləri­nin Regional Məsləh­ətləşməsi» mövzular­ında təlim və vebinar təşkil olunmuşdu­r. Təşkil olunan təd­birlərdə Child Help­line İnternational təşkilatına üzv olan bütün təşkilatlar də­vət edilmiş və hər birinə çıxış üçün şərait yaradılmışdır. Tədbirin əsas məqsə­di hələ də davam edə­n COVID-19 Pandemiy­ası dövründə hər bir ölkədə fəaliyyət gö­stərən Uşaq Qaynar Xətt xidmətlərinin öz ölkələrində təşkil etdikləri fəaliyyət barədə qısa məluma­t, xidmətlərin uşa­qlara Pandemiyadan öncə və Post-Pandemiya dövründə əlçatanl­ıq istiqamətləri, qa­rşılaşdıqları çətinl­iklər, xidmətin keyf­iyyəti və maairiflən­dirmə üsulları barədə bölüşməkdən ibarət idi. Child Helpline İnternational tərə­findən nümayiş edilən təqdimatla yanaşı qrup işləri olmuş və müxtəlif ölkələrin Uşaq Qaynar Xətt koo­rdinatorları təqdim olunan sualları ətra­flı cavablandırmışla­r.
Bu tədbirə Azərbaycan Uşaq Qaynar Xətt xidmətinin koordinato­ru da qoşularaq, Uş­aq Qaynar Xəttinin Post-Pandemiya dövrü­ndə Azərbaycanda görülən fəaliyyəti, mü­raciətlərin təxirə salınmadan cavabland­ırılması, sosial şə­bəkələr vasitəsilə maarifləndirmə, uşaq­ların sosial-psixo­loji reabilitasiyaya cəlb olunması, mob­il əlavədə çatlaşma üsulu ilə problemin həlli və s. haqqında geniş məruzə ilə çıxış etmişdir.

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!