"Ümidli Gələcək" Gənclər Təşkilatı - Reliable Future Youth NGO-nun xidmət mərkəzi olan "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" - "Azerbaijan Child Helpline Service" xidməti maarifləndirmə tədbirlərini davam edir.
26.11.2021-ci il tarixində 229 nömrəli məktəbdə Nizami rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Zorakılıq və bulinq” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə məktəb şagirdləri hazırladıqları şeirləri təqdim etmiş və qonaqlar mövzu ətrafında çıxış etmişdilər.
Bununla yanaşı tədbiri zamanı “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin yaranma tarixi, məqsədi, fəaliyyət istiqamətləri, mütəxəssis heyəti, əməkdaşların əsas vəzifələri, əsas iş prinsipləri, müraciətlərlə bağlı göstərilən xidmətlər və s. haqqında mövzulara toxunulmuş, sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.