"Qızın taleyi atası ilə münasibətdən formalaşır" adlı məqaləni Sizə təqdim edirik!
Ana tərbiyəsi ənənəvi olaraq prioritet hesab edildiyindən, təəssüf ki, cəmiyyətdə ata tərəfindən qıza verilən tərbiyənin vacibliyi lazımi diqqət almır.
Və bu doğrudur, çünki qızın tərbiyəsində elə məqamlar var ki, bunun üçün məsuliyyət atanın üzərinə düşür və ana nə qədər çalışsa da, atanı əvəz edə bilməyəcək.
Fakt budur ki, qızın gələcəkdə qadın kimi formalaşması, kişilərlə olan münasibətləri və həyat yoldaşı seçimi əsaslı şəkildə təsir edən amil ata ilə münasibətidir. Bütün bu amillər qadının həyatında həlledici rol oynayır.
Gəlin ondan başlayaq ki, ata qızının həyatında ilk və ən önəmli kişi nümunəsidir. Onun məsuliyyəti çox böyükdür. Kaş bütün atalar bunu bilsəydi...
Atalıq modeli və "Ata-Qız" qarşılıqlı münasibətləri artıq gələcəkdə də qızın əks cinslə ünsiyyət qurmasında mühüm rol oynayır. Ata və qız arasında münasibətlər nə qədər düzgün, güvənli bir təmələ sahib olarsa, bu onun gələcək həyatında da öz müsbət təsirlərini göstərəcək.
Yetkin bir qızın həyatında fərqli bir problemlər yarana bilər. Gəlin bunu müzakirə edək:
İdeal variantı fərz edək: tam bir ailədir, valideynlər qızın böyüməsində birlikdə iştirak edirlər, ailə münasibətləri normaldır, ata müdrik və mehribandır.
Təbii ki, ata sevgisini başa düşmək çətin ola bilər, o ana sevgisindən fərqlənir. Ancaq hətta təmkinli, emosional baxımdan o qədər rəngli olmayan ata sevgisi, onsuz da qız tərəfindən hiss olunur, dərk edilir və mənimsənilir. Sevgisini göstərən bir ata üçün onun qızı şahzadədir. Qız uşağı ata üçün ideal qadın yaradıcılığıdır: ən gözəl, ən sevimli, hər şeydə və həmişə bu onun qüruru, işığıdır.
Öz növbəsində, ata sevgisi qıza təhlükəsizlik, özünə inam, özünə dəyər hissi verir, həmçinin qadınlıq, cəlbedicilik və uğuru inkişaf etdirir.
Ata tərəfindən sevilən qız övladı əks cinsin sevgisinə layiq olduğunu anlayaraq böyüyür. Qızı görəndə, hiss edəndə və biləndə ki, həyatın ən dəyərli atası onu sevir və olduğu kimi qəbul edir, qız özünü sevməyi və qəbul etməyi,ən əsası isə onun sevgisini və diqqətini qəbul etməyi öyrənir.
Qız uşağı üçün ata bütün DÜNYAdır və əgər bu dünya onu sevirsə və qəbul edirsə, həmişə kömək etməyə və qorumağa hazırdırsa, deməli o heç nədən qorxmaya bilər. O, hər şeyin yaxşı olacağına həmişə dəstək və qayğı tapacağına inanır, çünki bütün dünya onun tərəfindədir.
Uşaqlıqda öyrənilən müsbət münasibət, yetkin bir qadının xeyrinə həyat boyu təsir edəcəkdir.
Belə bir qadın, ona dəstək olacaq, həyatda dayaq olacaq, daim qayğısına qalacaq və onu sevən bir kişiyə rast gələcək.
Qız uşağın tərbiyəsində atanın anası ilə olan münasibəti də çox mühüm rol oynayır.
Qız görməlidir ki, ata anasını sevir. Atanın anaya qarşı sevgisini müşahidə edən hər bir uşaq dünyada təhlükəsizlik, sevinc, xoşbəxtlik və harmoniya hisslərinu yaşayır. Qız uşağı ata tərəfindən anaya qarşı hər hansı bir nifrət hissi gördükdə, uşağın ataya da nifrəti yaranır və bu hal onların arasındakı münasibətlərdə keçilməz bir divara çevrilə bilər.
Hörmətli atalar, həyat yoldaşınıza elə münasibət və diqqət göstərin ki, qızınız onu nümunə kimi yaddaşında saxlasın. Qız övladı, münasibət modelini ata anasından öyrənərək inkişaf edir.
Ailədə "sevgi və diqqət" narazılıq və ya kobudluq şəklində özünü göstərirsə, belə bir münasibət gələcəkdə qız övladı üçün normal hal sayılacaqdır.
Qız, ata sevgisinin əskikliyini və ya yoxluğunu hiss edirsə, özünə güvənsiz, depressiyaya düşmüş, qapalı və ya əksinə, açıq şəkildə aqressiv, kişi modelini inkar edən və hisslərini boğaraq böyüyər. Gənc və gözəl qız övladı əmin olmalıdır ki, o, əks cinsin sevgisinə və diqqətinə layiqdir.
Uşaqlıqda ata diqqətinin və sevgisinin əskikliyini hiss edən qız müdafiəsizlik və həyatından nəyi gözləyə biləcəyi qorxusu ilə böyüyür. Hər hansı işin həlli onda problemə verilir, çünki o, kömək istəməyi bacarmır, dəstək gözləmir və yalnız özünə güvənir. Həyatında uğur qazanmağı çətinləşir.?♀️
Bəzən kişilərin diqqətsizliyi və inamsızlığı çox vaxt qadını vadar edir ki, həyat yoldaşına nazarət etsin, onun məsuliyyətlərini öz üzərinə götürsün. Bunlar adətən anası tərəfindən böyüdülən qızlarda rast gəlinir. Ata ailədə olsada belə, qızının və həyat yoldaşının həyatı ilə maraqlanmadıqda, ana bu vəzifəni öz üzərinə götürür və bunu görən qız uşağı üçün ananın daha güclü və daha ağıllı olması düşüncəsini yaradır.
Belə bir hal da olur ki, qadın obsessif şəkildə əks cinsdən diqqət gözləyir, münasibətlərdə seçici olmur, ona diqqət göstərən kişilərlə asanlıqla ünsiyyət qura bilir. Həmin qız sadəcə olaraq atadan görə bilmədiyi sevgini və diqqəti digər şəxslərdə axtarır və xoş ünsiyyət quran hər kəsə yaxşı yanaşır.
Və ya öz davranışları ilə bir qadın hər zaman nə qədər mehriban və gözəl olduğunu, sevgiyə layiq olduğunu əks cinsə sübut etmək istəyir. Onun bütün həyatı qarşılığında diqqət və sevgi gözləyərək "onu məmnun etmək" üçün davamlı bir istəyə çevrilir.
Bəzi qadınlar kişiyə daimi bir sualla əzab verirlər: Məni sevirsən? Və ya: Mənə de ki, məni sevirsən!
Digər qrup qadınlar isə sakitcə əzab çəkir və məyusluq içində gizlicə ağlayırlar.
Elə olur ki, qadın kişi ilə münasibətdən qorxur, onu necə quracağını bilmir, əks cinslə ünsiyyətdən qaçır. O, karyerası ilə "başını qatır", bəzən şəxsi həyatından və ailə qurmaqdan tamamilə imtina edir. “Ailə qurmaq nəyə lazımdır ki” fikirlərlə yaşayır, özünü doğruldur, güclü və özü hər şeyə nail olacağına inanır.☝️
Ata sevgisi və diqqəti olmadan böyüyən qızın həyatında çoxlu təhriflər ola bilər. Həyat nə qədər çətindirsə, o qədər unikal təcrübə yığılır.
Bir çox qız övladları, bu məqaləni oxuduqdan sonra özünə deyə bilər: İndi nə etməliyəm? Uşaqlıq artıq keçdi, həyat istədiyim kimi olmadı, heç nəyi düzəldə bilmirəm. Əslində bu doğru fikir deyil.
1. Uğursuz şəxsi həyatınıza görə özünüzə qarşı yazıq və təəssüf hissini yox edin. Axı hər kəs üçün həyat təcrübələri mütləqdir.☝️
2. Əvəzsiz təcrübə üçün keçmişə təşəkkür etmək, atanı bağışlamaq, bütün inciklikləri boş vermək lazımdır (o, əsas məqsədini yerinə yetirdi - sən bu dünyaya göz açmısan).
Böyüyüb öz üzərində işləməyə başla. Tədricən, həyatda dəyişikliklər baş verəcəkdir. Heç kimə sirr deyil ki, qadınlarda yaranan xəstəliklər ata ilə problemli münasibətlərdən yarana bilər və bu səbəbə görə qadının kişilərə qarşı inciklikliyi gələcək həyatına təsir göstərə bilər.
İnanırıq ki, bu yazını sona qədər oxuyan hər bir ata qızını sevir. Ancaq kişilər üçün hisslərini emosional şəkildə ifadə etmək çətindir, çünki açıq emosionallıq daha çox qadınlar və uşaqlar üçün xarakterikdir.
Buna görə də, yekunda yuxarıda qeyd olunanları ümumiləşdirmək və atalara tövsiyələr vermək istəyirdik:
Unutmayın, qızın ata sevgisinə ehtiyacı var. Onun kişilərlə yetkin münasibətlərinin necə inkişaf edəcəyi, ər kimi seçəcəyi və buna görə də şəxsi həyatının bununla bağlı necə inkişaf edəcəyi atalıq nümunənizdən asılıdır.
Övladınızın anasına sevgi ilə yanaşın. Qız övladı ata-anasının simasında qadınla kişi arasında sevgi və hörmət nümunəsi görməlidir. Bu, qızınızın kişilərlə gələcək münasibətləri üçün əsas model kimi təyin olunacaq.
Qızınıza güvənin, öz problemlərinizdən danışın, qayğı göstərin, həyatın həlledici anlarında yanında olun, lazım olduqda kənara çəkilməyi bacarın, seçiminə hörmət edin. Qızınızı qucaqlayın, tərifləyin, heyran olun, hədiyyələr verin, səmimi olun.
Ona qarşı həddindən artıq qoruyucu olmaqdan çəkinin. Həddindən artıq ata sevgisi ilə böyüyən bir qız atasına qarşı güclü emosional asılılıq yarada bilər, bu isə ata sevgisinin olmamasından daha çox zərər verə bilər.
Qızınızın həyatına anlayış və səmimi maraq göstərin, birlikdə vaxt keçirin (teatra baş çəkin, sərgilərə və konsertlərə gedin, tətillər təşkil edin; onun sevdiyi musiqiyə qulaq asın; onun maraqlandığı şeylərlə maraqlanın; özünüzü inkişaf etdirin).
Lazım olduqda isə sərt, amma həmişə müdrik və ədalətli olun. Hərəkətlərinizi izah etməyə çalışın. Heç vaxt qızınıza istismar olunmasına icazə verməyin! Şəxsiyyətinə hörmət edin, hətta kiçik olsa belə. Pozitiv olun, yumor hissinizi inkişaf etdirin.
Hər şeydə layiqli kişi nümunəsi olun! Unutmayın ki, siz böyüyən kiçik bir qızınızın həyatında ən vacib kişisiniz. O Sizə diqqətlə baxır və erkən yaşda qərarlar verir. Qızınızın uşaqlığını qaçırmayın!