Previous Next

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində könüllü olan Sosial iş tələbələri ilə görüş keçirmişdir.

Hər zaman uşaq hüquqlarının müdafiəsini əsas tutan Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi 01.07.2022-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində könüllü olan Sosial iş tələbələri ilə görüş keçirmişdir. Görüş zamanı könüllü gənclər birliyin nəzdində fəaliyyət göstərən sosial xidmət mərkəzlərinin işi ilə tanış olmuş, uşaq hüquqlarının qorunması yolunda atılan addımlar barədə məlumat əldə etmiş və onları maraqlandıran suallar cavablandırılmışdır.
Birliyin rəhbəri Kəmalə Aşumova uşaq və yeniyetmələrlə çalışmağın, xüsusilə də zorakılığa məruz qalanlarla çalışmağın və onların reabilitasiya prosesinin nə qədər məsuliyyətli və bir o qədər də çətin olduğunu vurğulamışdır. Sosial işçilər bu sahədə çalışaraq ailələrin və uşaqların qiymətləndirilməsinin aparılmasında, problemin həllinə uyğun olaraq müvafiq yönləndirmə etməklə öz töhvələrini vermiş olacaqlar.
Könüllülük müddətində gənclər sosial xidmət mərkəzlərinin fəaliyyəti ilə daha yaxından tanış olmaq və sağlam gələcək naminə uşaqlar üçün atılan hər bir addımda iştirak etmək fürsəti qazanacaqlar.

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!