Previous Next

Paralimpiya Oyunları...

 
?Paralimpiya Oyunları əlilliyi olan insanlar arasında keçirilir. Oyunlarda eşitmə-qavrayış ilə bağlı problemləri olan şəxslər istisna olmaqla, əlilliyi olan bütün şəxslər iştirak edə bilər.
?İlk Paralimpiya oyunları 1960-cı ildə Romada keçirilib. Ənənəyə görə, oyunlar eyni şəhərdə Olimpiya oyunlarından dərhal sonra keçirilirdi.
?Azərbaycanda 27 sentyabr 2013 - cü il tarixində Beynəlxalq təcrübədə ilk dəfə olaraq Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin nəzdində Uşaq Paralimpiya Komitəsi yaradılmışdır. Komitənin yaradılmasında məqsəd, sağlamlıq imkanları məhdud uşaqların idmana cəlb olunması yolu ilə ehtiyat idmançıların hazırlanması və onların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiyasını təmin etməkdir.
?Paralimpiya millimiz dünya ölkələri arasında artıq 8-ci sıradadır.
Fiziki məhdudiyyət uğura əngəl deyil !
?Əslində, fiziki məhdudiyyətli, xüsusi qayğıya ehtiyacı olan insanların yoluna işıq tutan, onların cəmiyyətə inteqrasiyasında körpü rolunu oynayan vasitədir idman. Paralimpiya hərəkatının bir parçası olmaq insanlara zülmətdən aydınlığa çıxmaq, böyük hədəflərin arxasınca getmək imkanı yaradır.
Əziz valideynlər??‍♀️
Nəzərə alaq ki, Uşağın sağlamlıq imkanlarının məhdud olması son demək deyil! Onların bacarıqlarını görün və inkişaf etdirin!??‍???

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!