Previous Next

Uşaqlara İnanın!

 
Hər nə olur olsun hər zaman uşaqlara inanın. Çarəsiz qaldıqda belə - inanın! Bunu necə vacib olduğunu anlamaq üçün bizimlə əməkdaşlıq edən bir müəllimin pedaqoji təcrübəsində olan bir hadisəni sizinlə paylaşmaq istərdik. O, hadisəni belə nəql edirdi. - Mart ayında hazırlıq saytından bir qadın ağlayaraq zəng edib oğluna yardım etmək üçün xahiş etdi. Oğlunun 11-ci sinif riyaziyyat fənnindən kəsilmə ehtimalı olması haqqında bildirdi. Bütün qiymətlərinin iki olduğunu, il ərzində yoxlama işlərini yazmadığını və onun heç olmasa üç almasını istədiyini söylədi. Əslində eyni zamanda mənim bir şagirdim qəbul olmuşdu və oğlanı götürmək üçün onun yeri boş qalmışdı. Daim iki alan və oxumağa həvəsi olmayan bir uşaqla işləmək istəmirdim. Lakin qərar verdim ki, onu götürməliyəm.
Evlərinə gəldim və girişdə ana oğlunun məşğul olmaq istəmədiyini və buna bir yol tapmağımı istədi. Mən 11-ci sinif üçün və üstəlik mart ayında bir çıxış yolu tapmağın demək olar mümkünsüz olduğunu düşünürdüm. Qapıdan geri qayıtmağa cəsarətim çatmadı və içəri daxil oldum. Masanın arxasında arıq, yorğun baxışlı, gözlərinin altı qaralmış bir oğlan əyləşmişdi. Mən özümü təqdim edərək, köməyə gəldiyimi söylədim. O mənə sərt şəkildə cavab verərək, köməyə ehtiyacı olmadığını dedi.
-Gəl, səninlə bir riyaziyyat oyunu oyanayaq – dedim. O həvəssiz şəkildə mənə baxsa da, ancaq razılaşdı. Qaydaları izah etdim və o maraqla baxaraq gülümsədi. Oynamağa başladıq və bir-iki əla gedişlə qalib gəldi. Əla, mən bu zamana kimi bu oyunda bircə dəfə də olsun məğlub olmamışdım. Çox qəribədir, bu təsadüfi qələbə deyildi - möhtəşəm düşünülmüş oyun gedişləri və gözəl məntiqli düşüncələrlə edilən oyun idi. Necə ola bilərdi ki, bu cür istedadı olan biri riyaziyyatdan iki alsın?
 
İnanmaq çətin idi. Onun barədə düşündüyüm bu fikirləri onunla bölüşərək baxmaq üçün onun öz dəftərlərini gətirməyini xahiş etdim. O gətirdi və gözlərimə inana bilmədim. Dəftərdə tamamilə qeyri-adi formada həll olunmuş standart misallar, qrafika metodları, törəmələr, funksiyalar və cürbəcür gözəl riyazi analitik məsələlər var idi.
Budur, dəftər tamamilə qaralanmış, qırmızı qələmlə səhifənin üzərindən möhkəm basılmışdı. Hətta bəzi yazıların üzərindən o qədər möhkəm basılmışdı ki, vərəq belə cırılmışdı. Eləcə də çoxlu ikilər var idi. Hansı ki, yanında "biz sinifdə belə həll etmirdik" yazısı yazılmışdı. Mən oğlanın anasını çağıraraq onun möhətəşəm riyazi bilgisi olduğunu ona bildirdim və yolunun mexanika-riyaziyyat olduğunu söylədim. Məktəb qiymətlərinin indi mənasız olduğunu qeyd edərək, heç olmasa 3 almağına kömək edəcəyimə söz verdim. Lakin daha çox çalışmaq və qəbul imtahanına hazırlaşmalı olduğunu dedim. Bu vaxta kimi oğlana heç kim belə deməmişdi və təəccüblə sevinərək dəftərinə baxırdı. Bu an anası " Yaxşı görək, bəs niyə bu alim iki alır?" . Mən ona izah etməyə çalışdım ki, oğlu qeyri-adi üsullarla misalları həll edir, lakin o yenə də öz dediyindən əl çəkməyərək "O axmaqdır, heçnə edə bilmir, hansı ali məktəbdən danışırsız? Biz onu texnikuma planlaşdırmışıq, ən azı 3 almalıdır" . Razılaşdım, lakin uşağı gizli-gizli ali məktəbə hazırlaşdırırdım. Olimpiadalar keçirirdim, bəzi məsələləri o məndən tez və daha yaxşı həll edirdi. Qəribə üsullarla həll etdiyi misallara təəccüblənirdim və sevinirdim.
 
O hər dəfə məndən tapşırıqların düzgün həll edib-etməməyi barədə narahatlıqlarını bildirirdi. Çünki bu vaxta qədər ona heç kim inanmamışdı. Dərslərdən sonra onların həyətində gizlicə ağlayırdım, bilmirdim ki, onun valideynlərini necə yola gətirim. Bir gün oğlan öz valideynləri ilə mübahisə etdi və ali məktəbə daxil olmaq istədiyini, fizika hazırlığına ehtiyacı olduğunu onlara qəti şəkildə söylədi. Ondan sonra anası mənə zəng edərək bir də evlərinə gəlməməyimi istədi. Bir müddət sonra uşağın özü mənimlə əlaqə saxladı və davam etməyi xahiş etdi. Lakin özündə cəmi 10 manat olduğunu, üstünü isə işləyərək düzəldəcəyini dedi. Mən təəccüblənərək razılaşdım. Biz hazırlıqlara davam etdik və tanıdığım yaxşı fizika müəllimi ilə onu tanış etdim. Eyni qaydada fizika üzrə tapşırıqları da həll edirdi. Məktəbdə qiymətləri qaydasına düşməyə başladı. Artıq bütün fənlərdən yaxşı qiymətlər alırdı. Yekun qəbul imtahanında maksimum nəticə əldə etdi. Onu ali məktəbə alqışlarla qəbul etdilər. Hazırda o mexanika-riyaziyyat ixtisasında 2-ci kursda oxuyur. Tələbələr üçün olan bütün olimpiada konfranslarında iştirak edir. Hal-hazırda İT şirkətlərinin birində çalışır, bundan əlavə o bütün dərslərin ödənişlərini mənə və fizika müəlliminə qəpiyinə kimi qaytardı. Məni hər bayramda təbrik edir və güllər göndərir.
Bu hekayəni danışmaqda əsas məqsədim onun anasıdır ki, bu müddət ərzində ilk dəfə mənə mesaj göndərmişdi və bu da Uşaqların müdafiəsi gününə təsadüf edirdi. Həmin mesajda "Təşəkkür edirəm!” yazılmışdı.

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!