Previous Next

Stressdən qurtulmağın 13 fərqli yolu...

Stressdən qurtulmağın 13 fərqli yolu…

1️. Daraq
Kompyuter qarşısında keçirilən vaxt ərzində mimik əzələlər o qədər gərginləşir ki, baş ağırlaşır və ağrımağa başlayır. Stressdən qorunmağın bir yolu, saçınızı 10-15 dəqiqə daramaqdır. Bu prosedur beyinə gedən əzələlərə rahatlamağa kömək edir.

2️. Dadlı yemək
Dadlı yemək stressə qarşı təsirli bir dərmandır. Yağlı balıqların tərkibində olan və sinir sistemi üçün çox faydalı olan omega-3, əhval-ruhiyyənin yaxşılaşmasına və stressin aradan qaldırmasına kömək edir. Balıq sevmirsinizsə, dondurma, şokolad pastası və ya banan yeyə bilərsiniz. Bu məhsullar antidepresanlar kimi istifadə olunur.

3️. Masaj
Enerjiyə qənaət etmək üçün burun altındakı, qaşların arasında, alt dodağın altında və ovucun ortasında olan nöqtələri 30 saniyə masaj edin.

4.️ Əllərinizi bir-birinə sürtün.

Əsəb gərginliyini aradan qaldırmaq və stressdən qaçmaq üçün başqa bir sadə üsul. Əlləriniz istiləşənə qədər, bütün gücünüzlə onları bir-birinə sürtmək lazımdır. Eyni üsulu qulaqlarınızlada edə bilərsiniz.

5️. Duş terapiyası

15 dəqiqə duş altında durmaqla stressin öhdəsindən gələ bilərsiniz. Başınızı və çiyinlərinizdə olan gərginliyi götürmək üçün isti su axını altında durun. Tezliklə hiss edəcəksiniz ki, su ilə birlikdə bütün neqativlər gedəcək.

6️. 27 əşya

Şərq praktikalara əsasən: "Əgər kədərdən qurtulmaq istəyirsinizsə, evdə 27 əşyanın yerini dəyişdirin". Hesab edilir ki, bu üsul, enerjinin düzgün istiqamətdə sərbəst hərəkət etməsinə və diqqəti problemlərdən yayınmasına, bununlada beynin istirahətinə köməklik göstərir.

 

7️. Pilləkən


Pilləkən ilə 30 saniyə yuxarı və aşağı qaçış edin - bu məşq beyni emosional stresslərdən qoruyur və limbik hissələrinə oksigen axınını artırır.


8️. Boyalar


Psixoloqlar müəyyən ediblər ki, gərginliyin artdığı dövrlərdə, boya ilə şəkillərin iki-üç dəqiqə ərzində rənglənməsi işi vaxtında başa çatdırmaq ehtimalını beş qat artırır. Yəni, nəinki stresdən xilas ola bilərsiniz, bəlkə də bir növ şah əsər yarada biləcəksiniz.


9️. Qollarınızı yelləyin


Bir çox insanlarda stress, çiyin, boyun və onurğa əzələlərinin sıxılmasına, elastikliyin itirməsinə və buna görə baş və bel ağrıları yaranmasına səbəb olur. Evdə və işdə sadə məşqləri edə bilərsiniz: qollarınızı fırlatmaq, müxtəlif istiqamətlərdə əymək, həmçinin ayağa durub 5 dəqiqə ərzində yeriyə bilərsiniz.


10.Təmizləmə


Əşyaları öz yerinə qoymaq, düşüncələri nizamlamağa, diqqəti cəmləməyə kömək edir. Bundan əlavə, rəflərin, çəkməcələrin, şkafların səliqəli görünüşü bir növ psixoloji effekt verir.

1️1️. Düşünmək

Fikirlərinizi nizamlamaq üçün evdə tək qalmaq fürsətini tapın. Sevimli musiqinizi qoşun, soyuducudan sevimli yeməyi çıxarın, evinizdə olan sevimli güşənizdə oturun. Ən çox nə istədiyinizi düşünün və istəyinizi kağıza yazın. Plan qurun, çünki bu heyatınızda növbəti addımları müəyyən etməyə Sizə kömək edəcək.

12. Aromaterapiya

Qoxular emosional yaddaşla əlaqəlidir. Buna görə də, böyük xoşbəxtliyinizi, səadət yaşanan anlarla əlaqəli olan bir qoxunu tapın və ya həmin qoxunu özünüz yaradın. Həmin qoxu yaxşı əhval-ruhiyyəni qorumağa köməklik edəcəkdir.

13. Rəqs

Evdə rəqs etməyə unutmayın! Musiqinin ritmik notları və Sizin ritmik hərəkətləriniz stressi aradan qaldırmaqda birinci köməkçi sayılır. Buna görədə fitness klublarda ritmik musiqi istifadə edirlər ki, insanların beynində pozitiv fikirlər yaransın və adamlar rəqsi əyləncə kimi qəbul etsinlər.

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!