Previous Next

Sizə "Xoşbəxt ailə" məqaləsini təqdim etmək istərdik

Sizə "Xoşbəxt ailə" məqaləsini təqdim etmək istərdik:


Lev Tolstoy deyirdi ki, bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, bədbəxt ailələrin isə hərəsi bir cür bədbəxtdir.
Ailə hansı halda xoşbəxt olur? 

Ailələr fərqli olduğuna görə onların problemləridə müxtəlif olur. 
Xoşbəxt ailə yaratmaq və onu qorumaq hər insan bacarmır. Xoşbəxt evliliyin əsas açarlardan biri isə birgə vaxt keçirməkdir.

Məsələn, müxtəlif səbəblərdən birgə vaxt keçirmək alınmırsa, həyat yoldaşınız işdən evə tez qayıdan zaman, buna sevindiyinizi ona deməyi unutmayın. 

Sizin həyat yoldaşınız sizin üçün meyvə soyubsa, ona bundan məmnun olduğunuzu mütləq deyin. 

Onunla evləndiyiniz üçün xoşbəxt olduğunuzu deyin. Bu kimi ifadələr münasibətlərinizə müsbət təsir edəcək. 

Eyni olaraq uşaqlarınıza da, onların bu dünyada nə qədər əziz və nə qədər dəyərli insan olduqlarını bildirin.
Valideynlərini xoşbəxt görən, özünü qiymətli hiss edən uşaqlar, gələcəkdə uğurlu və məqsədini bilən şəxslər kimi yetişirlər.

Ailə üzvləri bir biri ilə ünsiyyətdə olmalıdılar. Gününüzü necə keçirtdiyinizi, sevginizi, bir sözlə, hər şənliyinizi və kədərinizi bir birinizlə paylaşın.


İnsan ilk növbədə özü xoşbəxt olmalıdır ki, başqalarını da xoşbəxt edə bilsin.

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!