Previous Next

“Kiberbullinq və ya internet zorakılığı”

“Kiberbullinq və ya internet zorakılığı”


Özümüzü ondan necə qoruya bilərik?

İnternetin gündəlik həyatımıza geniş şəkildə daxil olması yeni növ çətinliklər yaradır. Məsələn, hal-hazırda sosial şəbəkələri və digər platformaları istifadə edərək, insanlar hər hansı problem yarandıqda digər şəxslərin təhqir və tənqid edilməsinə əl atırlar.

Onlayn zorakılıq və ya kiberbullinq adlanan tendensiya 2020-ci ildə başlayan koronavirus pandemiyası səbəbindən daha da çox yayılmağa başladı. Sosial şəbəklərdə kiber zorakılıqla yanaşı, fırıldaqçılıq, kibercinayətkarlıq, sosial şəbəkələr və bank hesablarının bloklanması da yer alır.

Kiberbullinq nə deməkdir?
Kiberbullinq rəqəmsal yayımda zorakılıqdır. Bu zorakılıq, sosial şəbəkələrdə, ani messencerlərdə, oyun platformalarında və mobil telefonlardakı proqramlarda baş verə bilər.
Onlayn zorakılığın məqsədi bir şəxsi qəzəbləndirmək, təhqir etmək və ya utandırmaqdır. Məsələn, “Facebook”, “İnstagram” və ya “YouTube”da yalan məlumatların yerləşdirilməsi, yaxud SMS mesajları və ya zənglər vasitəsilə təhdidlər. Belə insanlara "trollar", "bullies" və ya "mobbers" deyilir və çox vaxt onlar anonim olaraq hərəkət edirlər, buna görə də, zorakılığın qurbanları aqressiv hərəkətlərin kim tərəfindən qaynaqlandığını bilə bilmirlər.


Kiberbullinqi necə tanımaq olar?
Bullerlər sadəcə olaraq mesajlarla kifayətlənməyə bilərlər. Onlar, hər hansı qurbanı seçərək onun xəbəri olmadan, alçaldıcı foto və ya videolar hazırlayaraq, sosial şəbəkələrdə paylaşa bilərlər.
Bullinqi aşağıda qeyd olunan əlamətlər ilə tanıya bilərsiniz:
1. Rəylərdə təhqirlərin daxil olması

2. Profillərin və şəkillərin saxtalaşdırılması

3. Messengerlərdə böhtan xarakterli mesajların alınması.

Kiberbullinqin əsasında, qurbanlarını qorxudub, ondan məqsədləri üçün istifadə etmək dayanır.

Zorakılıq ən çox harada baş verir?
Aşağıda qeyd olunan internet vasitələrində tez-tez kiber zorakılıqla üzləşə bilərsiniz:
-mobil rabitədə (SMS mesajları üzrə);
-mobil proqramlarda və messencerlərdə;
-İnternetdə olan forumlarda;
-e-poçt;
-sosial şəbəkələrdə;
-video hostinq xidmətlərində;
-oyun saytları və virtual oyun dünyalarında.
Defektologiya və hüquq sahəsində amerikalı mütəxəssis Nensi Willard kiber təhlükələrlə bağlı işində kiberbullinqin aşağıdakı formalarını müəyyən edir.
1. Təhqir - təcavüzkar təhqiredici şərhlər
2. Təqib – internet vasitəsi ilə insanlara cinsi xarakterli kiberhücumlar
3. Şayiələr yaymaq - internet səhifələrində, forumlarda, xəbər qruplarında, e-poçt vasitəsilə foto və ya video materialların yayılması ilə baş verə bilər.
4. Uydurulmuş bir ad istifadə edərək, özünü digər adam kimi təqlid etmək.
5. Digər insanın şəxsi məlumatların ictimaiyyətə açıqlamaq.
6. Hər hansı şəxsin fotoşəkillərini, maliyyə vəziyyətini, məşğuliyyətini və digər məlumatların yayılması.
7. Stalking - davamlı olaraq təhqirlərin edilməsi
.


Kiberbullinqi necə tanımaq olar?
Bullerlər sadəcə olaraq mesajlarla kifayətlənməyə bilərlər. Onlar, hər hansı qurbanı seçərək onun xəbəri olmadan, alçaldıcı foto və ya videolar hazırlayaraq, sosial şəbəkələrdə paylaşa bilərlər.
Bullinqi aşağıda qeyd olunan əlamətlər ilə tanıya bilərsiniz:
1. Rəylərdə təhqirlərin daxil olması

2. Profillərin və şəkillərin saxtalaşdırılması

3. Messengerlərdə böhtan xarakterli mesajların alınması.

Kiberbullinqin əsasında, qurbanlarını qorxudub, ondan məqsədləri üçün istifadə etmək dayanır.

Zorakılıq ən çox harada baş verir?
Aşağıda qeyd olunan internet vasitələrində tez-tez kiber zorakılıqla üzləşə bilərsiniz:
-mobil rabitədə (SMS mesajları üzrə);
-mobil proqramlarda və messencerlərdə;
-İnternetdə olan forumlarda;
-e-poçt;
-sosial şəbəkələrdə;
-video hostinq xidmətlərində;
-oyun saytları və virtual oyun dünyalarında.

Psixoloqların tövsiyəsi nədir?

Əgər yaxınlarınızdan biri (və ya özünüz) kiberbullinqlə üzləşibsə, psixoloqlar sizə aşağıdakı məqamlara riayət etməyi məsləhət görür:
1️. İnsanı günahlandırmayın, əksinə dəstək verməyə çalışın. Bullinqə məruz qalan insanlar onsuz da çətin vəziyyətdə olduğu üçün, həmin vəziyyəti dahada ağırlaşdırmayın.
2️. Hadisə baş verdikdən sonra cinayətkarı axtarmayın və qisas almağa cəhd etməyin.
3️. Zorakılığın qurbanı üçün, təhqiredici və çətin olan anları və yaranmış psixoloji sarsıntını aradan qaldırmaq üçün psixoloqla əlaqə saxlamağınız tövsiyə olunur.
4️. Əgər hər hansı şəxs tərəfindən zorakılıq ehtimalını müşahidə edirsinizsə, ona cavab verməyin və təcavüzkarın sizinlə ünsiyyətini məhdudlaşdırın.

 

Psixoloqların tövsiyəsi nədir?

Məni sosial şəbəkədə hədələyirlər, polisə müraciət etməliyəm?

Kiberbulinqə məruz qalan hər kəsə dərhal polisə müraciət etmələri tövsiyə olunur. Beləliklə, siz özünüzü təhlükəsizlikdə hiss edəcəksiniz. Kiberbullinqə məruz qaldıqda aşağıdakı tövsiyələrə riayət etmək vacibdir:
1️.Telefon nömrələrindən, profillərdən və ya tanımadığınız insanlardan gələn mesajlara cavab verməyin;
2️.Zorakılığı törədən şəxsə hücum etməyin. Həmin insanlar Sizin reaksiyanızdan və əsəbi halınızdan zövq alırlar;
3️.Əgər mümkün olsa, həmin insanla dedikləri və ya etdikləri barədə üzbəüz danışmağa çalışın;
4️.Çətinliyiniz haqda kiminləsə danışın, özünüzü daha yaxşı hiss edəcəksiniz;
5️.Psixoloji yardıma və ya hüquqşunasa müraciət edə bilərsiniz;
6️.Mesajları və şəkilləri yadda saxlayın, çünki daha sonra sübuta ehtiyacınız ola bilər;
7️.Sosial şəbəkələrdə hesablarınızı və məlumatlarınızı qorumaq üçün məxfilik parametrlərindən istifadə edin.

Bunu yadda saxlayın, xoşbəxt, özünəgüvənən insanlar başqalarını incitməzlər, çünki həmin insanların buna vaxtları yoxdur. Başqasının hissləri və əsəbi ilə oynayan adam isə özüdə müəyyən travma yaşamış, həyatda problemlərini necə həll edəcəyini bilməyən, daxili neqativlikdən əziyyət çəkən biridir.

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!