Previous Next

"İmtahan Stressi"

Son günlər uşaqdan böyüyə hər kəsdə stress müşahidə olunur. Xüsusilə də İmtahana hazırlaşan şagirdlərimiz üçün bu təbii haldır.

Bəs bu zaman tez və effektiv hansı texnikadan istifadə edə bilərik?

Narahat, gərgin stresli, hətta əsəbi olduğumuz anlarda rahatlamaq üçün düzgün nəfəs alma qaydalarını bilməliyik.
Gəlin, qışqırmadan, əsəbləşmədən əvvəl düzgün nəfəs almağı öyrənək.

Bunun üçün ilk 3⃣saniyə burnumuzdan dərin nəfəs alırıq 1, 2, 3 Nəfəs al, 4-5 nəfəsini tut, 6-7-8nəfəsini ver. Bu qədər sadə!

Bu texnikanı bir oyun şəklində təkrar edə, bunun sayəsində də düzgün nəfəs alma qaydasını öyrənmiş olacaqsınız

 

İmtahanqabağı stress və onun aradan qaldırılması yolları

İmtahan stressi həm psixoloji, həm də fizioloji olaraq mənfi nəticələrə gətirib çıxarır. Bu hər bir şəxsdə fərqli olur. Ümumi halda isə aşağıdakı kimidir. Psixoloji olaraq unutqanlıq, diqqət dağınıqlığı, oxuduğunu anlaya bilməmək, daim əsəbi və gərgin olma, özünə qapanma kimi hallarla müşayiət olunur. Qayğılı düşüncələr nəticəsində abituriyentdə özünüqiymətləndirmə aşağı düşür və özünə olan güvəni azalır.

Bəzən uşaqlar imtahana hazırlaşdıqları ərəfədə əyləncədən və idmandan uzaq dururlar, bunları vaxt itkisi hesab edirlər. Əslində isə şagirdlər arabir öz əyləncələrinə vaxt ayırmalıdırlar. Bu, beynin dincəlməsinə kömək edir. Nəticədə yeni biliklərin öyrənilməsi asanlaşır. Əgər siz əyləncə və dərs oxumaq vaxtını düzgün ayıra bilmirsinizsə, günlük qrafikinizi qurun.

1.Gündəlik iş proqramı hazırlayın. Bu zamandan səmərəli istifadəni təmin edir.


2.Hazırlıqlar arasında qısa müddətli fasilələr verin.


3.İmtahanqabağı yuxu çox önəmlidir. Gündə ən azı 7-8 saat yatmağa çalışın.


4.Yediklərinizə diqqət edin. Şirniyyat,xəmir yeməkləri yerinə daha yüngül və sağlam qidalar qəbul etməyə çalışın.


5.Pozitiv düşünün. Müsbət düşüncələr stresi azaldır.


6.Özünüzü heç kimlə müqayisə etməyin.Özünüz üçün "mən bunu edə bilərəm, bacararam" kimi motivasiyaedici cümlələr qurun. Ən ən əsası isə özünüzə güvənin.


Bunlar sizə günü düzgün qiymətləndirməyə kömək edəcək. Bu zaman dərs çalışmaq üçün uğurlu vaxtı təyin etmək lazımdır. Öyrənərkən beş duyğu üzvünüzdən istifadə daha asan öyrənmənizlə nəticələnəcəkdir.

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!