Telefondan çox istifadənin ziyanları

Hazırki dövrdə demək olar ki, hər ailənin evində ən azı 2 telefon var. Və bir çox insan ən az 3 saatdan artıq vaxtını telefon qarşısında keçirir. Bəs telefondan bu qədər artıq istifadə edilməsi döğrudur mu? Nəinki böyüklər eləcədə kiçiklər də həmçinin günün əksər saatlarını telefonla oynayaraq keçirirlər. İnternet proqramlarının bir çoxu boş vaxtı keçirmək üçün nəzərdə tutulsa da, əslində insanların fərqində olmadan birbaşa şüuraltısına təsir edərək beyin funksiyalarının ləngiməsinə gətirib çıxarır.

Əgər nəzərə alsaq ki, uşaqlara istənilən bir vərdişi aşılamanın ən asan yolu onların gözləri qarşısında dəfələrlə təkrarlamaqdırsa, bu isə o deməkdir ki, əgər biz valideynlər bütün gün telefon əlimizdə vaxt keçiririksə onlardan əksini tələb etmək sadəcə ağılsızlıq olar. Bəzən biz əslində yalnız özümüzə ziyan vurduğumuzu düşünsək də, adətən bizim vərdişlərimizin həyatımızın mərkəzində olan bütün insanlar təsiri qaçınılmazdır, xüsusilə də övladlarımıza. Bizlər mümkün boş vaxtlarmızı övladlarımızla əylənərək, öyrənərək keçirmək yerinə telefon, internet qarşısında vaxt öldürərək keçiririk.

Deyə bilərsiniz ki, bəs nə edək? Biz böyüklərin də stress atmağa, yorğunluğumuzu çıxartmağa ehtiyacımız var. Sizcə telefon doğrudan da mı stress çıxarmağa kömək edir? Yoxsa yalnız biz belə düşünürük? Heç fikir vermisiniz mi, telefon qarşısında çox zaman keçirdikdən sonra özümüzü daha da yorğun və mənəvi cəhətdən tükənmiş hiss edirik?

Elmi tədqiqatlar sübut edir ki, telefon qarşısında çox vaxt keçirmək insan bədənində hormonal dəyişikliklərə səbəb olur və bunun nəticəsində insanlarda bir sıra həm fiziki, həm də psixoloji xəstəliklər meydana gəlir.

Gəlin telefonun orqanizmimizə vurduğu ziyanları sadalayaq:

-         Maddələr mübadiləsini zəiflədərək, melatoninin azalmasına səbəb olur.

-         Telefonla əksər vaxtını keçirən uşaqlar digərləri ilə müqayisədə daha çox təsirə məruz qalır. Belə ki, xüsusilə də keçid dövrlərində yaşa məxsus olmayan erkən inkişaf müşahidə olunur.

-         Eyni zamanda aqressiv davranış, zorakılığa meyl, erkən cinsi inkişaf, internet asılılığı və s. Kimi hallar psixoloji xəstəliklərin meydana gəlməsinə səbəb olur.

-         İnsomniya adlanan yuxu xəstəliyinə də telefon və internetdə vaxtının əksəriyyətini keçirən insanlarda daha çox təsadüf olunur.

-         Telefonda vaxt keçirmək ilkin olaraq görmə funksiyası tərəfindən təmin olunduğundan beyinin düşünmək və analiz etmək qabiliyyətini zəiflədir. Bu hal isə əqli inkişafda ləngiməyə səbəb olur.

-         Göz xəstəliklərinin yaranmasının əsas mənbəyinə çevrilir.

-         Diqqət dağınıqlığı və unutqanlığa yol açır.

-         Sosial şəbəkələrdə digərləri ilə rahat ünsiyyət qura bilən insanlar cəmiyyətdə özlərini ifadə edə bilmir, antisosial varlıqlara çevrilirlər.

-         Real həyatdan uzaqlaşma nəticəsində xəyallar aləmində yaşamağa sövq edir.

Doğrudur, əslində şüurlu şəkildə istifadə edilərsə telefon çox vacib əhəmiyyətli vasitədir. Lakin çox təəssüf ki, çoxlarımız telefonun ziyanlarının fərqində olsaq da yenə də ondan istifadəni məhdudlaşdıra bilmirik.

Bir daha vurğulayaq ki, uşaqlar üçün ən vacibi rol-modeldir, onlar həqiqətən də gördüklərini götürürlər. Əgər onların bu texnikanın yalnız xeyirli tərəflərindən yararlanmalarını və mümkün qədər az ziyana məruz qalmalarını istəyiriksə ilk növbədə öz vərdişimizlə bağlı tədbirlər görməliyik. Yalnız bu üsulla istədiyimizə nail ola bilərik.

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!