Previous Next

2 Fevral Gənclər Günü

 

               2 Fevral Gənclər Günü

Artıq uzun illərdir ki, Azərbaycanda 2 fevral Gənclər Günü kimi qeyd olunur. Bu günün tarixi 1996-cı  il 2 fevralda ” Azərbaycan Gənclər Forumu”nun keçirilməsi ilə bağlıdır. Belə ki, Azərbaycanda Gənclər Günü 1997-ci ildə Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub. Şərqi Avropa ölkələri və MDB ölkələri arasında Gənclər Günü ilk dəfə Azərbaycanda qeyd olunmağa başlanılmışdır. Azərbaycanda hər il 2 fevral tarixi dövlət səviyyəsində qeyd olunur. Ölkəmizdə gənclərə belə xüsusi diqqət və qayğının göstərilməsi sevindirici və qürurverici haldır.

İnsan həyatının ən gözəl və dəyərli illəri gənclik dövrləridir. Çalışaq ki, hər birimiz bu gözəl illəri dəyərləndirək. Onu özümüzün şəxsi inkişafımıza və həyat keyfiyyətlətimizin yaxşılaşdırılmasına sərf edək.

ƏZİZ GƏNCLƏR, Gənclər Gününüz mübarək!

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!