Previous Next

Uşaqlarda rast gəlinən 10 pis vərdiş

Uşaqlarda rast gəlinən 10 pis vərdiş

Bəzi pis vərdişlər uşaqlarınızın fizioloji və psixi inkişafı zamanı onlara mənfi təsir göstərə bilər. Buna görə də, övladlarınızın pis vərdişlərinə erkən yaşlarından nəzarət etməli və aradan qaldırmalısınız. Araşdırmalar göstərir ki, uşaqlarda yaranan bu davranışların səbəbi çox vaxt psixoloji problemlər olur. Uşaqlar çox həssas yaş dövrlərində pis vərdişlər qazanırlar. Bəzi pis davranışlar zamanla yoxa çıxır, amma bəziləri qalır. Bu pis davranışlar, uşaqlarınızın normal psixi və fiziki inkişafına mane olur. Bir valideyn kimi uşağınızın pis vərdişlərdən olduqca tez müddətdə qurtulmasına kömək edin. Gəlin, uşaqlarda rast gəlinən 10 pis davranış haqqında ətraflı danışaq.

1.     Dişləmə, dırnaq yemə.

Uşaqlarda tez-tez görülən bir davranışdır. Uşaqların çoxu güvənsiz, narahat, və ya gərgin hiss keçirdiklərində dırnaqlarını yeməyə başlayarlar. Əlbəttəki zamanında müdaxilə olmadıqda tezliklə bu davranış pis vərdiş halına gəlib çıxar. Övladınıza güvən hissini aşılayın, bu vərdişi etmək istədikdə başını başqa işlə qarışdırın. Daha çıxılmaz bir vəziyyətdəsizsə psixoloqa müraciət edin.

2.     Saç yolma.

Bu davranışa daha çox qızlarda rast gəlinir. Saç tökülməsinə səbəb ola bilər. Sıxılanda, darıxanda daha tez-tez saçlarını dartarlar.  Ümumilikdə götürsək uşaqlar bu davranışı tez bir zamanda aşırlar. Övladınızın darıxmaması üçün onu əyləncəli, maraqlı gəzintilərə apara ya da onun sevdiyi işlə məşğul ola bilərsiniz.

 

3.     Bədənində olan özəl hissələri kəşf etmək və toxunmaq.

Uşaqlar toxunmağı və bədənlərini kəşf etməyi xoşlayarlar. Özəl hissələr toxunanda özlərini yaxşı hiss edərlər. Lakin, cəmiyyət içərisində bu çox utancverici  hərəkətdir. Övladınızı bu mövzuda günahlandırmayın, yaxşı olar ki, evdə ona bədəninin bütün hissələri haqqında ətraflı məlumat verəsiniz. Uşağınıza cəmiyyət içərisində olanda hansı davranışlarımızın mənfi hansıların müsbət qarşılandığını öyrədin.

4.     Barmaqəmmə.

Bəzi uşaqlar yuxulu və yorğun olduqlarında baş barmaqlarını əmməyə başlayarlar. Bu hərəkət onlarda rahatlıq hissini yaradır. Baş barmaqlarında ağri, infeksiya və diş problemlərinə səbəb ola bilər. Övladınıza özünü güvəndə hiss etməsi üçün şərait yaradın. Onu məşğul edəcək hər hansısa bir fəaliyyətlə başını qatın. Dadı acı olan bəzi təbii meyvələrin suyundan istifadəni yoxlayın. Ola bilsin ki, əmən zaman dad xoşlarına gəlməsin və əmməkdən imtina etsinlər.

 

5.     Burun qurdalama.

Övladınızn cəmiyyət içərisində burnunu qurdalayıb sonra da divara ya da harasa sildiyini görsəniz, əsəblərinizə hakim olun. Bu bəlkədə onun tərbiyəsində sizin hardasa buraxdığınız boşluqdan qaynaqlanır, ya da hansısa yoldaşından, və ya baxçada və s. kimi yerlərdə bu davranışı öyrənə bilər.

Övladınıza bunun pis bir hərəkət olduğunu, burnunu tək olan zaman təmizləməsini, və kağız dəsmala silib atmasını izah edin. Cəmiyyətdə bunu etməyin çox pis hərəkət olduğunu başa salın.

6.     Bütün gün yemə.

Bəzi uşaqlar, ağızlarının daima nə iləsə məşğul olması vərdişinə sahibdirlər.

Buna görə də nəticədə yemək vaxtlarında özlərini ac hiss etmirlər. Zaman keçdikcə bu vərdiş onlarda bulimiya xəstəliyinə yol aça bilər. Siz yemək üçün uyğun proqram düzəldin, doyurucu yeməklərdən istifadə edin və övladınızı zərərli, paketləşdirilmiş qidalardan uzaq tutun.

7.     Tez-tez yalan danışma.

Uşaqlar cəzalandırılmadan qaçmaq üçün yalan danışarlar. Yalan danışarkən onlara acıqlanmayın, övladınıza düz danışmağın insan üçün nə qədər vacib olduğunu, ibrətamiz hekayələrlə başa salın.

8.     Mənfi özünütənqid.

Bəzi uşaqlar özlərini çox ümidsiz hiss edərlər, daima kiminsə tənqidinə məruz qalarlar. Həmin an reaksiya vermeyin, övladınıza bir az vaxt verin. Tez-tez onu tərifləyin.

9.     Ifrat tələblər.

Çox vaxt uşaqlarınızı oyuncaq və ya hədiyyə tələb edərkən görə bilərsiniz. Vərdiş halına gəlməsinə icazə vermeyin. Həmişə tələblərinə “HƏ” deməyin, “YOX” deməyi öyrənin.

10. Söyüş söymək.

Uşaqlar nəyəsə çox məyus olanda ya da qəmgin hiss edəndə söyüş söymək istəyərlər və bunun da düzgün olduğunu hesab edərlər.

Bu vərdişi mümkün olduqca tez aradan qaldırmalısınız. Valideynlər evdə söyüşlü danışıqlar etməkdən uzaq durmalıdırlar. Uşaqların sizdən öyrəndiyini unutmayın.

Uşaqlarınızın pis vərdişlərdən uzaq olmasını istəyirsinizsə siz özünüzdə bu vərdişləri etməməlisiniz, rol-model olduğunuzdan əmin olun. Davranışlarınız sözlərinizdən daha əhəmiyyətlidir, buna görə hərəkətlərinizlə uşaqlarınızın yanında olduğunuzu sübut edin.

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!