Previous Next

Uşaq Qaynar Xətt xidmətində Sosial işçinin rolu

Uşaq Qaynar Xətt xidmətində Sosial işçinin rolu

Uşaq Qaynar Xətti zorakılığa məruz qalmış uşaqlara sosial-psixoloji xidmət göstərən reabilitasiya mərkəzidir. Mərkəzə daxil olan müraciətlər əsasında hər bir uşaqla bağlı onun reabilitasiya prosesini həyata keçirən şəxs sosial işçi təyin olunur. Mərkəzdə fəaliyyət göstərən sosial işçi müraciətlər əsasında reabilitasiyaya cəlb olunmuş hər bir uşağa fərdi qayğı planının hazırlanmasına, planda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə görə məsuliyyət daşıyır. Bundan əlavə gündəlik tədbirlər planı hazırlayır, ailə ilə işin qurulmasını təşkil edir. Zəruri hallarda uşağın sinif yoldaşları, dostları, qonşuları, həmyaşıdları ilə əlaqə yaradıb onların da uşaqla aparılan işə cəlb olunmasına şərait yaradır. Göstərilən yardım prosesi aşağıdakı mərhələlərdən ibarət  olur:

·        Tanışlıq

·        Araşdırma

·        Planlaşdırma

·        Monitorinq

·        Yekunlaşdırma

 

İlkin mərhələdə sosial işçi müraciətin onun fəaliyyət istiqaməti ilə əlaqəli olub olmadığını araşdırır. Uyğun olduğu təqdirdə fəaliyyətə başlayır. İkinci mərhələdə konkret 1 hədəf üzərində mərkəzləşir, və əsas məqsədlər müəyyənləşir.Göstərilən yardımın uğurlu olması üçün araşdırma mərhələsində sosial işçi uşağın xarakterinin güclü tərəflərini üzə çıxarmağı və bu cəhətlərdən problemin həllində istifadə etməyi bacarmalıdır. Güclü tərəflər düzgün qoyulan suallar vasitəsilə müəyyənləşə bilər. Fərdi qayğı planı tərtib olunarkən genoqram- “ekoloji xəritə” kimi xüsusi üsullarla həyata keçirilir. Sosial işçi bütün fəaliyyəti təkbaşına öz üzərinə götürməklə effektiv yardım göstərə bilməz. Bunun üçün yardıma ehtiyacı olan uşaqla sosial işçi qarşılıqlı şəkildə fəaliyyət göstərir. Problemi uşağın öz potensialı hesabına həll etməyə üstünlük verilir. Hər bir problemə fərdi yanaşılır. Eyni zamanda reabilitasiyaya cəlb olunmuş uşağın öz problemini həll etmək üçün irəli sürdüyü təkliflər araşdırılır, fəaliyyət planına uyğun gələrsə, həyata keçirilir. Sosial işçi reabilitasiya müddəti ərzində zorakılığa məruz qalmış uşağı deyil, vəziyyəti idarə etməyə çalışır. Ehtiyac yarandığı təqdirdə fəaliyyətin uğurlu olması üçün yönəldici qurumlarla əlaqə yaradılır, əməkdaşlıq edilir.

Uşaq və onun ailəsi ilə fərdi işin qurulması dedikdə:

·        Uşağın yaşayış yeri, oxuduğu məktəb, getdiyi digər müəssisələrə səfər etmək;

·        Məktəbdəki müəllimləri, dostları, qonşuları, sinif yoldaşları uşağı yaxşı tanıyan digər şəxslərlə əlaqə yaratmaq nəzərdə tutulur.

 

Fərdi qayğı planın hazırlanmasında isə uşağın maraqlarına uyğun peşə yönümlü tədrisə və proqramlara cəlb olunması nəzərdə tutulur. Bundan əlavə lazım gəldikdə uşağın təhsil aldığı məktəbin dəyişdirilməsi, məktəbin psixoloqu ilə əməkdaşlığın yaradılması, çətin tərbiyə olunan uşaqların sinif yoldaşları ilə sosial işçi və mərkəzin psixoloqları ilə görüşlərin keçirilməsi nəzərdə tutulur. Reabilitasiyaya cəlb olunmuş hər bir uşağın reabilitasiya müddəti ərzində əldə olunan nəticələrinin monitorinqi və nəticələrin qiymətləndirilməsi rəhbərlik tərəfindən həyata keçirilir. Sosial işçinin uşaqla iş zamanı hazırladığı aylıq, 3-aylıq və yekun hesabatlar qiymətləndirilir. Hesabat dövrü ərzində birbaşa uşaqla keçirilmiş tədbirlər, əldə olunmuş nəticələr uşağın reabilitasiya proqramında iştirakı nəticəsində ümumi inkişafı təhlil olunur. Gələcəkdə görüləcək fəaliyyət və təşkil ediləcək tədbirlər aparılacaq müdaxilə metodu təyin olunur.

 

 

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!