Previous Next

“Autizmli” uşaqlarla necə davranmaq lazımdır?

“Autizmli” uşaqlarla necə davranmaq lazımdır?

Autizm 3 yaşdan əvvəl başlayan sosial fəaliyyətə zərər verən, sərhədli və təkrarlanan davranışlara yol açan, beynin inkişafına mane olan bir xəstəlikdir.

Autizmli uşaqla necə rəftar etmək olar?

Autizm uşaqlar özəl olaraq yaradılıblar. Onlar həyatı anlamaqda çətinlik çəkə bilərlər.

Bu səbəbdən onun həyatını qaydasına qoymaq, xaos yaşamasını qabaqlamaq üçün bir fəaliyyət cədvəli yaradın və buna əməl etməsini təmin edin.

Məsələn:

-         Yatma;

-         Duş qəbul etmə;

-         Əllərini yuma;

-         Üzünü yuma;

-         Stula oturma;

-         Qəlyanaltı yemə;

-         Öyrədici proqramlara baxma və s. kimi bir proqram hazırlayın.

Bu uşaqlar evdə dəyişiklik edilməsindən xoşlanmazlar. Öyrəşdiyi sistemi daima otaqlarında görmək istəyərlər. Otaqda dəyişiklik narahatlığa səbəb ola bilər.

Autizmli uşaqlarda sıx görülən təkrarlanan davranışlardır. Çox görülən təkrarlayıcı davranışlardan fırlanan paltaryuyan maşına baxmaq, əl çalmaq, bədəni yellətmək, və ya dönmək, oyuncaqlarını arxa-arxaya düzmək ya da başı üstə çevirmək, exolaliya (sözlərin təkrar olunması), inadkarlıq, müəyyən cümlə qəliblərini təkrarlamaqdır.

Bir mütəxəssisə yaxınlaşın bu hərəkətlərin bioloji ya da psixoloji olduğunu müəyyənləşdirin.

Uşağınızla tez-tez ünsiyyət qurun, cavab verməsi üçün məcbur etməyin. Onu bezdirmədən günlük hadisələr, həyat, etməli olduqları haqqında şirin-şirin danışın. Danışdıqlarınızın bir qismini başa düşməyə bilər, bu sizi narahat etməsin, autizmli uşaqlarda bu normaldır.

Autizmli uşaqlar gur işıqlandırmadan narahat ola bilərlər, çalışın ki, vaxt keçirtdiyiniz otaqlar təbii yolla işıqlandırılsın.

Autizmli uşaqlar səsə qarşı çox həssasdır, səs-küy onları həddən artıq narahat edə və yora bilər. Yaşadığınız yerdə bunu nəzərə almanız, sakit məkanları seçməniz tövsiyyə olunur.

Autizmli uşaqlar üçün ətraf aləmi öyrənmək maraqlıdır. Sizlərin buna imkan yaratmanız onların həyat şəraitini daha da yaxşılaşdırar. Çalışın ki, övladınızı müntəzəm olaraq həkim (psixoloq, pedaqoq və s.)  müayinəsindən keçirəsiniz.

Övladınızı sevin, sevginizi davranışlarla, sözlərlə ona göstərin və onu olduğu kimi qəbul edin.

Bəli, autizmli uşaqlarla yaşamaq doğurdan da çətindir, lakin onu yaradanın bir hədiyyəsi olaraq görün və ən yaxşı şəkildə böyütmək, bu çətin  imtahanı müvəffəqiyyətlə keçmək olar. Bunu əsla unutmayın! Sevgi ən yaxşı dərmandır.

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!