Previous Next

Uşaq və yeniyetmələrdə psixoloji sağlamlığın əhəmiyyəti

Hər uşaq və yeniyetmə həyatının müəyyən sahələrində çətinliklər yaşayır. Kimi bu çətinliklərin öhdəsindən gəlməkdə olduqca çətinlik çəkərkən, kimisi də öhdəsindən gəlmək mövzusunda yetəri qədər bacarıqlıdırlar. Bəs bu nəyə görə dəyişir? Psixoloji sağlam olmaq üçün uşaq və yeniyetmələrin nələrə ehtiyyacı var? Valideynlər uşaqlarına bu mövzuda necə dəstək ola bilərlər? Uşaq və yeniyetmələrdə psixoloji sağlamlığı artıran fərdi xüsusiyyətlər nələrdir?

Əvvəlcə psixoloji sağlamlıq üçün lazım olan ən vacib amillərdən biri normal və ya normadan üstün bir zəkaya sahib olmaqdır. Araşdırmaların bir çoxunda psixoloji olaraq sağlam uşaq və yeniyetmələrin digərlərinə nisbətən daha üstün zəkaya sahib və akademik olaraq daha bacarıqlı olduqları müəyyən edilmişdir.

Daha sonra temperament xüsusiyyətlərimiz psixoloji sağlamlığımıza təsir edən faktorlardan biridir. Sadə temperament xüsusiyyətlərinə sahib şəxslərin yəni uyğunlaşmağa meyili, özünü tənzimləmə və məsuliyyətə malik, dəyişməyə açıq olan uşaq və yeniyetmələrin psixoloji sağlamlığı özünə qapalı və nevrotik uşaqlara görə daha yüksəkolduğu müəyyən edilmişdir.

Həmçinin özgüvəni, özünə dəyər verməsi və diqqəti yüksək olan uşaq və yeniyetmələrində psixoloji sağlamlığı daha yüksəkdir.

Güclü problem həll etmək bacarığına sahib olmaq, optimistlik və sosiallıqda psixoloji sağlamlıq üçün lazım olan amillərdəndir.

Mühitin uşaq və yeniyetmələrdəki psixoloji sağlamlığa təsiri nədir?

Əvvəla uşaq və ya yeniyetmənin ailədən ən azı bir nəfərlə müsət və yaxın münasibətdə olması lazımdır. Uşaq və ya yeniyetmənin valideynləri ilə güvənsiz, laqeyd və ya qorxunc əlaqələr deyil də, bunun əvəzinə güvənli əlaqələr qurması sağlamlıq cəhətdən olduqca əhəmiyyətlidir. Evdən kənarda da uşaqla maraqlanan, onu dəstəkləyən və güvənən birinin olması da onun psixioloji sağlamlığına təsir edən amillərdən biridir.

Son olaraq uşaq və yeniyetməyə təqdim olunan ətraf mühitdəki fərqlilik, yəni sağlamlıq, idman, mədəniyyət, incəsənət və əyləncə tədbirlərinin çoxluğu psixoloji sağlamlığı dəstəkləyən əhəmiyyətli qoruyucu faktorlardan biridir.

Uşaq və yeniyetmələrin məktəbdə, küçədə, ailə daxilində, dost əhatəsində və öz daxilində daha müsbət ola bilməsi, yaşadıqları çətinliklərlə daha asan başa çıxa bilməsi, gözəl sosial münasibətlərə sahib ola bilməsi və akademik mənada da uğurlu ola bilməsi üçün psixoloji sağlamlıq əhəmiyətli bir anlayışdır. Ayrıca 9-18 yaş arasındakı uşaq və yeniyetmələrin psixoloji sağlamlığının yüksək olması onların yetkinlik dövründə də daha xoşbəxt, həyatlarından daha qənaətbəxş fərdlər olmalarını təmin edəcəkdir.

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!