Özünə güvən!

 Hələ həyata yeni başlayırsınız. Gördüyünüz, bildiyiniz, eşitdiyiniz,öyrəndiyiniz hər şey başlanğıcdır. Bütün bunlara baxmayaraq özünüzü yorulmuş hiss edirsiniz! Bədəninizi, ruhunuzu, duyğularınızı yeni-yeni tanımağa başlayırsınız. Azca ağır gəlməyə başlayır hər şey. Buna baxmayaraq, bəlkə də sizi çoxda başa düşməyən ata-analarınızın məsləhət dolu sözləri, hər gün belə olmaz, onu etmə, biz deyənləri et deyən, sizi başqa uşaqlarla müqayisə edən, sizi yönləndirməyə, əslində sizin yax­­­­şılığınızı düşünərək sizi öz məsləhətləri ilə motivasiya etməyə çalışan amma ürəyinizi sıxan valideynləriniz var. Bəlkə də, təkrar-təkrar eşitməkdən bezdiyiniz sözləri hər gun qohumlar, qonşular, müəllimləriniz və bütün böyüklərdən eşi­dir­si­niz.

         Həqiqətəndə bunları eşitmək çox yorucudur, sizdən heç kəs nə istədiyinizi soruşmur. Bəlkə də soruşurlar, amma cavablarınızı ciddiyə almırlar. Hər zaman eyni sözü eşidirsiniz. “Biz sənin üçün ən yaxşısını bilirik”. Sizin gücünüzü, baca­rı­ğı­nızı bilmədən, sizin nəyə qadir olduğunuzu görmədən sizin əvəzinizə hər şey etməyə çalışırlar. Bu da sizi ruhdan salır.

Ətrafınıza, sinif  yoldaşlarınıza, dostlarınıza baxdıqda sizdən daha bacarıqlı olduq­la­rını, sizdən daha ağıllı olduqlarını görürsünüzsə, deməli, siz ya yuxu­da­sınız, ya da böyük bir yalana inanmısınız.

Ayıl! Özün ol! Varlığını göstər! Özünü hiss elətdir! Hər şeyə qadir olduğunu göstər! İçindəki səni oyat! Üzə çıxar özünü! Özünü-özünə sübut et! Heç kəsin mənfi fikirlərini dinləmə, onlar səni hələ tanımırlar! Ürəyinin səsinə qulaq as, özünə qulaq as, gecələri ağlayaraq yatsan da səhəri daha da güclü ayıl, daha da enerjili ol.

Hər insanın həyatında mənfi anlar da olur, çox xoşbəxt olduğu da. Hamı bundan fərqli cür nəticə çıxarır. Kimisi tez ruhdan düşür, kimisi sona qədər mübarizə aparır. Sona qədər qalanlar hər zaman qaliblərdir. Əzmli və güclü ol. Həyatda bir şeyi unutma-bütün böyüklərə qulaq as, özündə müqayisə et və özünə uyğun ən gözəl məsləhətlərdən istifadə et həyatında. Unutma ki, həyatda sənə nə lazım olduğunu, sənin nəyə qadir olduğunu sən hər kəsdən yaxşı bilirsən.

Həyat bir mübarizədir, amma heç bir mübarizədə sənin içindəki sənə heç nə qalib gələ bilməz. Yıxıldın dur! Hər şeyə yenidən başla! Heç vaxt xəyallarından əl çəkmə, sonda MÜTLƏQ olacaq. Özünü hiss et! Nə olursa olsun davam et! Hər dəfə yıxılanda  ayağa qalx, görəcəksən ki, bir neçə addım daha da yaxınlaşmısan arzularına. Gələcəyini özün seç! Özün dəyişdir! Özün yaşa! Həyatdan həzz al!

SƏN HƏR ŞEY EDƏ BİLƏRSƏN, ÇÜNKİ SƏN HAMIDAN FƏRQLİSƏN!

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!